Makrondan BMT ilə bağlı İsrailə sərt xəbərdarlıq | Netanyahu unutmasın ki…
Fransa Prezidenti Emmanuel Makron İsrailin Baş naziri Benyamin Netanyahuya BMT-nin qərarlarına məhəl qoymamasına görə xəbərdarlıq edib.
O, BMT Baş Assambleyasının 1947-ci ilin noyabrında Böyük Britaniyanın Fələstinin mandatını ləğv edən səsverməsinə istinad edib.
“Benyamin Netanyahu unutmamalıdır ki, ölkəsi BMT-nin qərarı ilə yaradılıb”, – deyə o bildirib.
Çox keçmədən İsrailin Baş naziri E.Makronun sözləri ilə bağlı açıqlama verib.
Qəzəbini gizlətməyən B.Netanyahu “Fransa Prezidentinə xatırladıram: İsrail dövləti BMT-nin qərarı ilə deyil, müstəqillik uğrunda müharibədə qəhrəman döyüşçülərimizin qanı ilə əldə edilmiş qələbə ilə yaradılıb”, – deyə E.Makronun açıqlamasına cavab verib.
Onu da bildirək ki, oktyabrın əvvəlində Benyamin Netanyahu Fransa da daxil olmaqla bir neçə Qərb liderlərini İsrailə silah satışını dayandırılmasına çağırış etdiklərinə görə tənqid edib.