Pleyeri seçin:

Makrondan Qərbi Afrika əsgərləri ilə bağlı açıqlama | Mühüm addımın əsas məqsədi

29 noyabr 2024 888 baxış

Fransa Prezidenti Emmanuel Makron ilk dəfə rəsmi olaraq 1944-cü ildə Qərbi Afrika əsgərlərinin öldürülməsini qətl adlandırıb.

Bu barədə xarici media Emmanuel Makronun Seneqal hökumətinə ünvanladığı məktuba istinadən məlumat yayıb.

E.Makron məktubda baş verənləri faciə adlandırıb və bütün həqiqətlərin müəyyən edilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, 1944-cü il dekabrın 1-də İkinci Dünya müharibəsi zamanı Fransa Ordusunda döyüşən 400-ə qədər Qərbi Afrika əsgəri güllələnib. Buna səbəb əməkhaqqının ödənilməməsi nəticəsində baş verən üsyan olub. Ölənlərin əksəriyyəti "Seneqal atıcıları" müstəmləkə piyada korpusunun üzvləri olub.

Seneqal Prezidenti Bassiru Diomaye Faye məktubu şərh edərkən bildirib ki, bu addım Tiaroydakı hadisələr barədə həqiqətin üzə çıxması üçün yeni açılan qapıdır.

Məktubda həmçinin vurğulanıb ki, Fransa etiraf etməlidir ki, əməkhaqqı tələb edən əsgərlər və atıcılar arasındakı qarşıdurma qətliama gətirib çıxaran hadisələr zəncirini yaradıb.

E.Makronun bu addımı gərginliyi yumşaltmağa hesablanıb. Belə ki, Fransa ilə Qərbi Afrikadakı keçmiş müstəmləkələr arasında münasibətlər xeyli pisləşib. Seneqalda son seçkilərdə hakim PASTEF partiyası səslərin böyük əksəriyyətini qazandıqdan sonra yeni seçilən Prezident Bassiru Diomay Fay Fransa da daxil olmaqla xarici şirkətlərdən iqtisadi müstəqillik əldə etməyi hədəfləyib.

Seneqal Prezidenti onların ölkədəki fəaliyyətini məhdudlaşdırmağı planlaşdırır. O həmçinin ölkəsində Fransa hərbçiləri və jandarmasının olmamasını vacib hesab edir. 

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 888 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 888 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 888 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 888 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 888 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 888 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 888 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 888 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 888 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 888 baxış
Seçilmişlər
icon