Pleyeri seçin:

Maqnezium qəbul edənlər nəyə diqqət etməlidirlər?

20 mart 2026 444 baxış

Maqnezium orqanizm üçün həyati əhəmiyyət kəsb edən mineraldır.

O, əzələlərin, sinir sisteminin və sümüklərin funksiyasını dəstəkləyir. Lakin bu mineralın normadan artıq qəbulu xoşagəlməz və hətta təhlükəli fəsadlara yol aça bilər.

Bu barədə Almaniyanın "t-online" portalı mütəxəssislərin rəyinə istinadən məlumat yayıb.

Ekspertlər bildirirlər ki, maqneziumun artıq miqdarı ilk növbədə bağırsaqlara mənfi təsir göstərir. Belə ki, bu mineral osmotik təsirə malik olduğu üçün ishal, qarın nahiyəsində kramplar və bədəndə ciddi maye itkisinə səbəb olur.

Məqalədə qeyd olunub ki, qida əlavəsi şəklində qəbul edilən maqneziumun gündəlik dozası 250 milliqramı aşmamalıdır. Normadan artıq qəbul əzələ zəifliyi, arterial təzyiqin aşağı düşməsi və hətta ürək ritminin pozulması kimi sistemli problemlərə səbəb ola bilər.

Böyrək xəstəliyi olan şəxslər xüsusi risk qrupuna daxildir, çünki onların orqanizmi artıq maqneziumu xaric etməkdə çətinlik çəkir.

Həkimlər vurğulayırlar ki, sağlam insanlar gündəlik qida rasionundan kifayət qədər maqnezium alırlar. Bu səbəbdən tibbi məsləhət olmadan əlavə preparatların qəbulu tövsiyə edilmir.

Banner
Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 444 baxış
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 444 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 444 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 444 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 444 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 444 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 444 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 444 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 444 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 444 baxış
Seçilmişlər
icon