Marsda yeni həyat əlaməti | Planetoloqlar elə şeylər aşkarladı ki...
Avstraliya və Avropa planetoloqları məşhur Mars meteoriti – “Qara gözəl”də təxminən 4,45 milyard il öncə Qırmızı planetdə qaynar süxurların çox isti maye su ilə təması nəticəsində yaranan mineral dənələri tapıblar.
Elm adamlarının hesablamalarına görə, suyun temperaturu təxminən 500-800 dərəcə Selsi təşkil edib ki, bu da qədim Marsda hidrotermal qaynaqların mövcudluğundan xəbər verir.
Onların analoqları qədim Yerdə ən sadə üzvi molekulların əsas “fabriki” hesab olunur. Bu onu göstərir ki, uzaq keçmişdə Günəş sisteminin dördüncü planetində həyatın mövcudluğu üçün münasib şərait olub.
Son iki onillikdə planetoloqlar Marsın səthində qədim dövrlərdə çayların, göllərin və şirin su okeanlarının mövcud olduğunu göstərən çoxlu sübutlar ortaya çıxarıblar.
Alimlərin hesablamalarına görə, onlarda Yerin Şimal Buzlu okeanında olduğu qədər su var idi. Bu suyun hara yox olduğunu və Günəş sisteminin dördüncü planetinin səthində nə vaxt yarandığını alimlər hələ də dəqiq deyə bilmirlər.