Ukrayna münaqişəsində gərginliyi artıran ABŞ-dir | Peskovdan sərt açıqlama
Rusiyanın yenilənmiş nüvə doktrinasının nəşri Ukrayna münaqişəsinin misli görünməmiş eskalasiyasını həyata keçirən ABŞ administrasiyası üçün siqnal sayıla bilər.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O, “Rusiyanın yenilənən nüvə doktrinasının dərcinin ölkənin dərinliklərinə zərbələr endirmək üçün “ATACMS” ballistik raketlərinin istifadəsini təsdiqləyən ABŞ administrasiyası üçün siqnal sayıla bilərmi” sualına cavabında belə deyib.
“Əlbəttə, burada heç bir təsadüflük yoxdur, müəyyən bir qanunauyğunluq var. Baxmayaraq ki, Prezident Vladimir Putin bizim doktrinamızı Qərb dövlətlərinin təhrik etdiyi indiki qarşıdurma şəraitinə uyğunlaşdırmaq üçün dəyişikliklərin hazırlanması ilə bağlı göstəriş verib. Lakin buna baxmayaraq, Putin görünməmiş eskalasiyaya cavab verməlidir ki, bu da ilk növbədə hakimiyyətdən gedən Vaşinqton administrasiyası tərəfindən təhrik olunur”, – D.Peskov bildirib.
O qeyd edib ki, bu yolla hakimiyyətdən gedən ABŞ administrasiyası getdikcə ehtiyatsız addımlar ataraq Ukrayna münaqişəsi ətrafında gərginliyi yüksəldir.
#ABŞ teqi istifadə olunub
- NATO ölkələri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir - Baku TV
- 6100 dollarlıq Həcc paketi bahalaşacaq? | Bu stansiyalar 01:00-a qədər açıq olacaq - YENİ BİR SƏHƏR
- ABŞ və Çin liderlərinin görüşü iki ölkə arasındakı münasibətlərə necə təsir göstərə bilər? - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
- Anklavın bərpasına 2,45 milyard dollar ayrılacaq
