Pleyeri seçin:

Meksikada öldürülən kartel başçısı qəbiristanlığa qızıl tabutda aparıldı

03 mart 2026 404 baxış

Meksikada zərərsizləşdirilən “Xalisko Yeni Nəsil” narkokartelinin başçısı Ruben Osequera Servantes (“El Menço”) qızıl tabutda qəbiristanlığa aparılıb.

Bu barədə “El Universal” qəzeti məlumat yayıb.

Məlumata görə, mərhumun cənazəsi martın 2-də Xalisko ştatının paytaxtı Qvadalaxaradakı dəfn bürosundan çıxarılaraq Sapopan bələdiyyəsində yerləşən qəbiristanlığa aparılıb. Qəbiristanlığa çatdıqdan sonra korteji orkestr müşayiət edib. Dəfn mərasimi qapalı keçirilib.

Nəşr bildirir ki, cənazənin daşınması və dəfn mərasimi geniş təhlükəsizlik tədbirləri ilə müşayiət olunub. “Resinto de la Pas” qəbiristanlığına gedən marşrut və ərazi federal və regional təhlükəsizlik qüvvələri tərəfindən patrul edilib. Dəfn bürosunun qarşısında hərbçilər və zirehli texnika növbə çəkib.

Meksikanın Milli Müdafiə Nazirliyi fevralın 22-də “Xalisko Yeni Nəsil” kartelinin lideri Ruben Osequera Servantesin zərərsizləşdirildiyini açıqlamışdı. Bildirilmişdi ki, o, Xalisko ştatının Tapalpa şəhəri yaxınlığında təhlükəsizlik qüvvələri ilə silahlı toqquşma zamanı ağır yaralanıb və xəstəxanaya aparılarkən ölüb.

Xüsusi əməliyyatdan sonra ölkə üzrə avtomobil yollarının kütləvi bağlanması, nəqliyyat vasitələrinin və kommersiya obyektlərinin yandırılması halları qeydə alınmışdı. Respublika Prezidenti Klaudia Şeynbaum fevralın 23-nə vəziyyətin tam nəzarətə götürüldüyünü bildirmişdi.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 404 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 404 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 404 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 404 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 404 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 404 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 404 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 404 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 404 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 404 baxış
Seçilmişlər
icon