Dünya
Pleyeri seçin:

Məxfi plan ifşa olundu | İrana hücumda bu şəxslər qətlə yetiriləcək!

17 aprel 2025 103 baxış

ABŞ Prezidenti Donald Tramp aprel ayında İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə Vaşinqtonun İsrailin İranın nüvə obyektlərinə zərbə endirmək planını dəstəkləməyəcəyini deyib.

Məlumatı “The New York Times” yayıb.

Qəzet yazır: “Bu ayın əvvəlində Tramp İsrailə ABŞ-nin hücumu dəstəkləməyəcəyi barədə məlumat vermişdi. O, ötən həftə Vaşinqtona səfəri zamanı Baş nazir Netanyahu ilə məsələni müzakirə edib. Oval kabinetdə keçirilən görüşdə Tramp ABŞ-nin İranla danışıqlara başladığını açıqlayıb”.

Nəşr iddia edir ki, İsrail may ayında İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırıb. Əvvəlcə İsrail Baş nazirinin göstərişi ilə Vaşinqtona İsrail komandolarının yeraltı nüvə obyektlərinə basqını və israillilərin Amerika təyyarələrinin də iştirak edəcəyinə ümid etdiyi bombardman kampaniyasının birləşməsini nəzərdə tutan plan barədə məlumat verilib.

Qəzet qeyd edir ki, Tramp nüvə proqramını məhdudlaşdırmaq üçün Tehranla danışıqların xeyrinə bu planı dəstəkləməkdən imtina edib. Amerika administrasiyasındakı müzakirələr nəticəsində hələlik xüsusən də İran danışıqlara hazır olduğunu nümayiş etdirəndə, hərbi əməliyyatlardan çəkinmək barədə konsensus əldə edilib.

Netanyahu ABŞ və İran arasında razılaşmanın mümkünlüyünə şübhə ilə yanaşdığını bildirib.

Məqalədə Baş nazirin Trampla görüşdən sonra ivrit dilində verdiyi açıqlamada o, “İran müqaviləsi yalnız imzalayanlara Amerikanın nəzarəti altında və Amerikanın iştirakı ilə daxil olmaq, obyektləri partlatmaq, bütün avadanlığı sökmək imkanı verərsə işləyəcək”, ‒ deyib.

“The New York Times” qeyd edir ki, amerikalı həmkarları tərəfindən bloklanan Netanyahu bunun əvəzinə konkret hədəflərə qarşı gizli təxribat əməliyyatlarına və İranın nüvə alimlərinin öldürülməsinə yönəlib.

Kopyalandı
Tehran və Vaşinqton görüşünün 5-ci raundu | Danışıqlar nəticəsiz qalacaq?

Tehran və Vaşinqton görüşünün 5-ci raundu | Danışıqlar nəticəsiz qalacaq?

Dünya
24 may 2025 103 baxış
Türkiyə və Suriya Prezidentlərinin görüşü qapalı keçirildi | Detallar açıqlandı

Türkiyə və Suriya Prezidentlərinin görüşü qapalı keçirildi | Detallar açıqlandı

Dünya
24 may 2025 103 baxış
Rusiyadan Ukraynaya amansız hücum | Kiyev sakinləri qorxunc hadisədən danışdı

Rusiyadan Ukraynaya amansız hücum | Kiyev sakinləri qorxunc hadisədən danışdı

Dünya
24 may 2025 103 baxış
Ən qədim çörəyin unikal dəyəri | Tunc dövrünün ləzzətli təamı yenidən satışda

Ən qədim çörəyin unikal dəyəri | Tunc dövrünün ləzzətli təamı yenidən satışda

Dünya
24 may 2025 103 baxış
Suriya üçün həlledici qərar | Məhdudiyyətlərin ləğvinin əsas səbəbi nədir?

Suriya üçün həlledici qərar | Məhdudiyyətlərin ləğvinin əsas səbəbi nədir?

Dünya
24 may 2025 103 baxış
35 illik sirrə son | Bu nadir canlı alimləri necə mat qoydu?

35 illik sirrə son | Bu nadir canlı alimləri necə mat qoydu?

Dünya
24 may 2025 103 baxış
Kiyevdə dəhşətli yanğın | Ukrayna Rusiyaya PUA-larla hücuma keçdi, ara qarışdı

Kiyevdə dəhşətli yanğın | Ukrayna Rusiyaya PUA-larla hücuma keçdi, ara qarışdı

Dünya
24 may 2025 103 baxış
Arılar yox olmaq təhlükəsi ilə üz-üzə | Elə risklər var ki...

Arılar yox olmaq təhlükəsi ilə üz-üzə | Elə risklər var ki...

Dünya
24 may 2025 103 baxış
Ukraynaya bu təklifləri verəcəyik | Lavrovdan danışıqlar barədə vacib açıqlama

Ukraynaya bu təklifləri verəcəyik | Lavrovdan danışıqlar barədə vacib açıqlama

Dünya
24 may 2025 103 baxış
Rusiya Ukraynanın Donetsk vilayətini bombaladı

Rusiya Ukraynanın Donetsk vilayətini bombaladı

Dünya
24 may 2025 103 baxış
Seçilmişlər
icon