Meymun adanı qaranlığa qərq etdi, insanlar hökuməti günahlandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Şri-Lankada meymuna görə elektrik enerjisinin verilişi dayanıb.
Xarici medianın yaydığı məlumata görə, bütün ada işıqsız qalıb.
Şri-Lankanın energetika naziri Kumar Cayakodi artıq təqsirkarın adını açıqlayıb.
Onun sözlərinə görə, fövqəladə vəziyyətin səbəbkarı meymun olub. Heyvan canlı elektrik transformatoruna daxil olub. Nəticədə sistemdə balans pozulub.
Sözügedən hadisə sosial şəbəkələrdə gülüş obyektinə çevrilib. İnsanlar elektrik enerjisinin kəsilməsinə görə hökuməti və aidiyyəti qurumları günahlandırıblar.
“Belə bir situasiya yalnız Şri-Lankada baş verə bilərdi. Meymunlar bizi işıqsız qoyublar”, – deyə istifadəçilərdən biri yazıb.
Qeyd edək ki, ərazidə elektrik enerjisinin tezliklə bərpa ediləcəyi bildirilib. Məlumata görə, bu, bir neçə saat çəkə bilər. Hazırda ölkədəki tibb və sənaye müəssisələrində generatorlardan istifadə olunur.
#Şri-Lanka teqi istifadə olunub
- SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji əməkdaşlığı müzakirə olunub - Baku TV
- İlham Əliyev Şri-Lankanın xarici işlər nazirini qəbul edib - Baku TV
- Kolombo sahilində çərpələng festivalı keçirilib
- Kolomboda bayram zamanı izdiham yaşandı
- Rusiyada yaşayan soydaşlarımızla bağlı narahatlıq yaradan məsələ - Baku TV
