Pleyeri seçin:

Millətini təhqir edən klubda baş məşqçi işləyən türk tənqid atəşinə tutuldu

29 yanvar 2025 566 baxış

Türkiyə millisinin keçmiş futbolçusu, ölkədə bir neçə klubda məşqçi olaraq çalışmış İsmayıl Qartalın İranın “Persepolis” klubuna baş məşqçi təyin edilməsi ətrafında qalmaqal davam edir.

Təyinat gerçəkləşdikdən sonra “Persepolis” Təbrizin “Traktor” klubu ilə qarşılaşıb. Qarşılaşma 2:0 Güney təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Lakin “Persepolis”in İranda ən irqçi klub olaraq tanındığı, illərdir türkləri təhqir etdiyi ortaya çıxıb. Son oyunda da klub tərəfdarları güneylilərin, ümumilikdə türklərin ünvanına yüksək səslə təhqirlər səsləndiriblər. Hətta matçdan sonra da futbolçuların eyni addımı atdığı bildirilir. Oyundan sonra azarkeşlər arasında şiddətli qarşıdurmanın yaşandığı, bir neçə nəfərin yaralandığı deyilir. Xəsarət alanların əksəriyyəti isə güneylilərdir.

Bunun fonunda Türkiyə mediası qalibiyyəti İsmayıl Qartalın böyük uğuru kimi təqdim edib. “Traktor”la oyundan sonra “Qartalın klubu İranın məğlubedilməzini yendi” başlıqlı məqalələr yazılıb, televiziya proqramlarında sujetlər hazırlanıb.

Qartalın ünvanına təbriklər səsləndirilib. Bu məsələ Güney Azərbaycan və “Traktor” fanatları arasında ciddi narazılıqla qarşılanıb. Bir türkün digər türkləri illərdir təhqir edən irqçi kluba baş məşqçilik təklifini təbul etməsinin doğru olmadığı bildirilir.

“Persepolis” futbolçuları və azarkeşləri İ.Qartalın təyinatını da fürsət bilərək güneyliləri aşağılamağa cəhd ediblər. Onlar türk baş məşqçinin qatqısı ilə elə türk təmsilçisini məğlub etdiklərini bildiriblər.

İ.Qartalın baş verənlərə susması onun baş verənləri dəstəkləməsi kimi dəyərləndirilib.

“Traktor” klubu rəsmi bəyanat yayaraq, “Persepolis”in irqçiliyi və güneyliləri aşağılama cəhdləri səbəbi ilə ölkənin Futbol Federasiyasına şikayət ünvanlayacağını qeyd edib. Əgər İranda aidiyyəti orqanlar tədbir görməsə, Güney təmsilçisi bu dəfə FİFA-ya şikayət ünvanlayacağını açıqlayıb.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 566 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 566 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 566 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 566 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 566 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 566 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 566 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 566 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 566 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 566 baxış
Seçilmişlər
icon