Miqrantların uşaqlarını nə gözləyir? - Rusiya sərt tədbirlərə başladı
Dövlət Dumasının Əmək, sosial siyasət və veteranların işləri üzrə komitəsinin rəhbəri Yaroslav Nilov miqrant uşaqların rus dilini bilməsini yoxlamaq cəhdlərinin maksimum iki illə məhdudlaşdıran qanun layihəsi hazırlayıb.
TASS qanun layihəsinin tezliklə Dövlət Dumasına təqdim olunacağını yazıb.
Rusiyada aprelin 1-dən rus dilini bilməyən miqrantların övladlarının məktəbə qəbulunu qadağan edən qanun qüvvəyə minib. Sınaq ümumi təhsil müəssisələrində keçiriləcək: bütün prosedur videoya çəkilməli, uşağın şifahi cavabları audio yazıya alınmalıdır. İmtahan uğursuz olarsa, uşağa əlavə dil hazırlığı təklif olunacaq və üç aydan gec olmayaraq test təkrarlanacaq.
“Rus dili üzrə biliklərin yoxlanılması cəhdlərinin sayı iki illə məhdudlaşdırmaq təklif olunur, bundan sonra əcnəbi vətəndaş ibtidai və orta ümumi təhsilin təhsil proqramlarını ödənişsiz əsaslarla mənimsəmək hüququnu itirəcək”, ‒ layihənin izahatında bildirilir.
Y.Nilovun fikrincə, qanun layihəsi şagirdlər arasında mümkün yaş fərqini aradan qaldıracaq:
“Bu problem məktəbyaşlı uşaqlar üçün son dərəcə aktualdır. Təlim rahat və təhlükəsiz şəraitdə aparılmalıdır. Bir qrup uşaqda bir yaş fərq o qədər də böyük deyilsə, iki il fərq həm şagirdlərin özləri, həm də pedaqoji kollektiv üçün narahatlıq doğurur. Bu həm də o deməkdir ki, iki il ərzində xarici vətəndaş Rusiya cəmiyyətinə inteqrasiya olunmayıb”.
#Rusiya teqi istifadə olunub
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Rusiya Ermənistanı Aİİ-dən qovur: 4,6 milyardlıq təhlükə? - AKTUAL GÜNDƏM
- Rusiya lideri Avropa rəsmilərinin Moskva ilə müharibə təhlükəsi haqqında açıqlamalarını sərt tənqid edib
- Putin Avropanın müharibə xəbərdarlıqlarına nə cavab verdi? - Baku TV CANLI
