Pleyeri seçin:

Moskvada gərgin müzakirə | Putinin Uitkoffla görüşü beş saat davam etdi - Baku TV

03 dekabr 2025 518 baxış

Rusiya lideri Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Ukrayna münaqişəsinin həllinə həsr olunan görüş baş tutub. Görüş təxminən 5 saat davam edib.

Moskvada keçirilən görüşdə Ukraynada sülh planının bir neçə variantı müzakirə olunub.

Bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

O, hələ görüləcək çox işin olduğunu vurğulayaraq sözlərinə belə davam edib:

“Hələlik heç bir kompromis əldə edilməyib. Rusiya və ABŞ liderləri arasında görüş hazırda planlaşdırılmır. Biz konkret ifadələr və həll yolları deyil, mahiyyəti müzakirə etdik. Tərəflər əməkdaşlıq üçün böyük perspektivlər görürlər”.

Y.Uşakov ABŞ-nin Ukrayna ilə bağlı sülh təklifi haqqında da danışıb. Bildirib ki, Rusiya bu təklifdə nə iləsə razılaşmağa hazırdır.

“Təklifdə nələrsə tənqidə səbəb olub. Lakin faydalı müzakirə baş tutdu”, – deyə o söyləyib.

Y.Uşakov qeyd edib ki, Vladimir Putin Donald Trampa S.Uitkoff vasitəsilə salamlarını, eləcə də bir sıra siyasi siqnalları çatdırıb.

O əlavə edib ki, Ukrayna böhranının həlli ilə bağlı ABŞ tərəfindən işlənmiş bəzi materiallar müzakirə edilə bilər.

Y.Uşakovun sözlərinə görə, Rusiya Prezidenti ilə S.Uitkoff arasındakı görüşdə konkret ifadələr deyil, ABŞ sənədlərində qeyd olunanların mahiyyəti müzakirə olunub.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 518 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 518 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 518 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 518 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 518 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 518 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 518 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 518 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 518 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 518 baxış
Seçilmişlər
icon