Pleyeri seçin:
Moskvada “İki çay” festivalında hündürlükdən suya tullanma yarışı keçirilib
“İki Çay” festivalı çərçivəsində Moskvanın “Muzeon” İncəsənət Parkında ekstremal beynəlxalq “high diving” – hündürlükdən suya tullanma yarışları keçirilib.
Müxtəlif ölkələrdən olan idmançılar 27 metr yüksəklikdəki platformadan hovuza tullanarkən salto, vint və digər mürəkkəb akrobatik elementlər yerinə yetiriblər.
Yarışın qalibi ispaniyalı hay-dayvinq ustası Karlos Ximeno olub. Gümüş medalı meksikalı Migel Qarsiya qazanıb, bürünc mükafata isə onun həmyerlisi Yolotl Martines layiq görülüb.
“İki Çay” paytaxtda keçirilən su idman növləri üzrə ən böyük festival hesab olunur. Festival iştirakçılarını tanınmış sənətçilərin çıxışları, canlı musiqi proqramı və hava çərpələnglərinin paradı qarşılayıb.
Kopyalandı
