Hava şəraiti 5,7 mindən çox insanın ölümünə səbəb olub
Fransada iyun ayında müşahidə olunan anomal istilər səbəbindən ölüm hallarının sayı 5,7 mindən çox olub.
Bu barədə ölkənin səhiyyə qurumu məlumat yayıb.
Məlumata əsasən, bu il iyunun 17-dən iyulun 2-dək olan dövrdə Fransada isti hava səbəbindən vaxtından əvvəl 5764 nəfər dünyasını dəyişib. Bu göstərici gözlənilən səviyyədən 36 faiz çoxdur.
Müqayisə üçün, ötən ilin bütün yay mövsümündə belə hallar üzrə qeydə alınan ölüm sayı 5722 nəfər təşkil edib. Bildirilib ki, bu, 2003-cü ildən etibarən Fransada qeydə alınan ən yüksək göstəricidir.
Ən böyük artım isə 45-64 yaş qrupunda müşahidə olunub. Bu kateqoriyada 2 747 ölüm halı qeydə alınıb ki, bu da proqnozlaşdırılan göstəricidən 55,4 faiz çoxdur.
Ən yüksək ümumi ölüm sayı isə 75 yaşdan yuxarı insanlar arasında qeydə alınıb – təxminən 14,9 min nəfər. Bu göstərici gözləniləndən 33,3 faiz yüksəkdir.
Artıq ölüm hallarının ən çox qeydə alındığı region isə paytaxt ətrafındakı İl-de-Frans bölgəsi olub. Burada təxminən 2 min əlavə ölüm faktı qeydə alınıb ki, bu da proqnozla müqayisədə 81,2 faiz artım deməkdir.
#Fransa teqi istifadə olunub
- Luvr muzeyinin Apollon qalereyası 9 aylıq fasilədən sonra açılıb
- Bir neçə nazirlik əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb
- Məscidin fəaliyyətinin yubiley mərasimi keçirilib
- Ölənlərin sayı gözlənilənlərdən çox olub | Avropada anomal isti hava şəraiti
- Avropanın təhlükəsizliyi üçün daha bir addım | Makrondan açıqlamalar
