Moskvanın cəhdləri boşa çıxdı | Bu Afrika ölkəsi Rusiyaya təyyarə verməkdən imtina etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Efiopiya Hava Yollarına təyyarələrin icarəyə verilməsi və texniki xidmət sahəsində əməkdaşlıq təklif edib.
Bu barədə “Ch-aviation” nəşri Efiopiya Mülki Aviasiya İdarəsinə istinadla məlumat yayıb.
Məlumata görə, danışıqlar iyulun 29-da Efiopiyanın paytaxtı Əddis-Əbəbədə baş tutub. Rusiya nümayəndə heyətinə Moskvanın bu ölkədəki ticarət nümayəndəsi Yaroslav Tarasyuk başçılıq edib və Efiopiya Mülki Aviasiya İdarəsinin baş direktoru Yohannes Abera ilə görüş keçirib.
Rusiya tərəfi təyyarələrin ekipajla birlikdə icarəsi, texniki xidmətində maraqlı olduğunu bildirib.
Nəşr qeyd edib ki, bu, Rusiya aviaşirkətlərinə yay tələbatının ən yüksək olduğu şəraitdə təyyarə parkındakı kəsiri müvəqqəti olaraq doldurmağa imkan verə bilərdi.
Lakin Rusiyanın mülki təyyarələrin icarəsinə dair Efiopiya ilə danışıqlar aparmaq cəhdləri uğursuzluqla başa çatıb. Efiopiya Mülki Aviasiya İdarəsindən bildirilib ki, onların təyyarə icarəyə vermək səlahiyyətləri yoxdur.
Efiopiya Hava Yollarının baş direktoru Mesfin Tasev də bildirib ki, şirkət Rusiya ilə təyyarələrin mümkün icarəsi ilə bağlı heç bir əsaslı danışıqlar aparmayıb və belə bir razılaşma əldə olunmayıb:
“Rusiya ABŞ-nin sanksiyaları altındadır və Efiopiya Hava Yolları ABŞ-la güclü əməliyyat və kommersiya əlaqələrinə malikdir. Biz beynəlxalq qaydalara və ABŞ qanunlarına uyğun fəaliyyət göstəririk və bu qanunları pozaraq risk almağa hazır deyilik”.
#Rusiya teqi istifadə olunub
- Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV
- İngilis marşal dəniz ittifaqı yaradır
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- Yakutskda ekstremal üzgüçülük yarışı keçirilib
- Qisas, yoxsa sülh? | İrəvan gələcək nəsillərə nə miras qoymaq istəyir? - Baku TV CANLI
