Pleyeri seçin:

“Moskvanın maraqları Paşinyanı maraqlandırmır” | Zatulindən açıqlama

16 yanvar 2026 565 baxış

“Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Azərbaycan və Türkiyə sərhədlərinədək olan dəmir yolunun bərpasına cəlb olunmasını ona görə istəyir ki, sonradan bu xətlər “Tramp Marşrutu”na qoşulsun və tənqid yaranacağı halda oxlar Rusiyaya yönəldilsin”.

Bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.

Nikol Paşinyan Azərbaycan və Türkiyə sərhədlərinədək dəmir yolunun bərpası məsələsi ilə bağlı Rusiyaya müraciət edib. Baş nazir bildirib ki, məsələni artıq Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edib.

Zatulinin sözlərinə görə, ABŞ ilə Ermənistan arasında qismən dərc olunmuş razılaşmalar göstərir ki, həmin dəhliz üzrə tranzitdən gəlir əldə edəcək şirkətin 76 faizi ABŞ, 24 faizi isə Ermənistana məxsus olacaq:

“Layihədə ABŞ və Ermənistandan başqa heç kim iştirak edə bilməz. Rusiya bəzi funksiyalara cəlb oluna bilər, amma həmin şirkətin təsisçi və ya səhmdarları sırasında ola bilməz. Paşinyan Rusiyanın maraqlarını nəzərə almadığı barədə tənqidlərdən yayınmaq üçün hansısa jest etmək istəyir”.

Deputat xəbərdarlıq edib ki, Ermənistan oxları Rusiyaya yönəltmək istəyir və Moskvanın maraqları onu maraqlandırmır:

“Azərbaycan və Türkiyə ilə həmsərhəd ərazilərdən danışırıq. Paşinyan Rusiyanı bu işə ona görə cəlb etmək istəyir ki, sonradan hər yerdə Rusiyanın iştirak etdiyini iddia edə bilsin. Sadə dillə desək, oxları Rusiyaya yönəltmək istəyir. Bu, təxminən əvvəlcə Qarabağa dəvət edilən, amma sonradan mövcudluğu faktiki olaraq nəzərə alınmayan sülhməramlı kontingentimizlə bağlı baş verənlərə bənzəyir. Anlamalıyıq ki, Paşinyan bizim maraqlarımızdan çıxış etmir, Qərblə ittifaq və dostluğa üstünlük verir. Onun təkliflərində gizli məqamların olub-olmadığına əmin olmaq üçün dəfələrlə təhlil edilməlidir”.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 565 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 565 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 565 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 565 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 565 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 565 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 565 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 565 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 565 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 565 baxış
Seçilmişlər
icon