Moskvaya getmək istəyənlərin nəzərinə | Son vəziyyət necədir?
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiyaya davam edən hücumları səbəbi ilə Moskvanın Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanlarında təyyarələrin eniş-uçuşuna məhdudiyyətlər qoyulub.
400-dən çox reys təxirə salınıb. 179 təyyarə alternativ aerodromlara yönləndirilib. Hava limanlarında böyük sərnişin sıxlığı müşahidə olunur.
İlkin hesablamalara görə, uçuşların ləğvi nəticəsində təxminən 30-50 min insan ziyan görüb. İnsanlar biletləri geri qaytarmaq və ya yenidən bron etmək üçün növbəyə dururlar. 100 mindən çox sərnişin gecikmələrdən şikayətçidir.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, mayın 7-də Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın 524 dronunu zərərsizləşdirib. Hücumlar mayın 8-nə keçən gecə də davam edib. PUA-lar məhv edilib.
#Moskva teqi istifadə olunub
- ABŞ Rusiyaya Moskvada planlaşdırılan mümkün terror aktı barədə məlumat ötürüb - Baku TV CANLI
- ABŞ Rusiyaya Moskvada mümkün terror aktı barədə xəbərdarlıq etdi - Baku TV
- Moskvada rekord istilər davam edir, sakinlər günəşli payız havasından həzz alır
- Üç gündür davam edən dron təhlükəsi: Moskvada nələr yaşanır? - Baku TV CANLI
- Moskvada qorxulu anlar | Rusiya-Ukrayna müharibəsində son vəziyyət - Baku TV CANLI
