Pleyeri seçin:

Müasir müharibələrin kabusu | Dronlarla mübarizə taktikalarında effektiv üsul nədir? - HƏRBİ XRONİKA

20 aprel 2026 492 baxış

“Hərbi xronika” rubrikasının budəfəki buraxılışında müasir müharibələrdə dronların rolu və onlara qarşı mübarizə üsulları təhlil edilib.

Bildirilib ki, xüsusilə FPV kamikadze və ağır zərbə dronları döyüşün əsas elementinə çevrilib və bu, çoxşaxəli müdafiə sistemlərini zəruri edir.

Qeyd olunub ki, müdafiə ən sadə üsullardan başlayır. Səngərlərin torlarla örtülməsi, texnikaya metal “qəfəs”lərin quraşdırılması FPV zərbələrinin qarşısını alır. Maskalanma, saxta hədəflər və manevr isə zərbələrin effektivliyini azaldır.

Yaxın məsafədə qırmasəpən silahlar “son şans” vasitəsi sayılır, daha effektiv yanaşma isə uzaqdan mübarizədir. Elektron müharibə sistemləri siqnalları pozaraq və GPS-i çaşdıraraq eyni anda bir neçə dronu zərərsizləşdirə bilir.

“Pantsir-S1” kimi HHM sistemləri böyük dronlara qarşı effektiv olsa da, bahalıdır. Alternativ olaraq lazer silahları və “Sting” tipli antidronlar ön plana çıxır.

Sonda vurğulanıb ki, effektiv müdafiə yalnız kompleks yanaşma ilə mümkündür: uzaqdan elektron mübarizə, orta məsafədə HHM, yaxın məsafədə fiziki baryerlər və atəş vasitələri, paralel maskalanma və manevr. Müasir müharibədə üstünlük texnologiya və sürətli uyğunlaşmadan asılıdır.

Banner
Ərdoğanın təklifi Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək? - Baku TV

Ərdoğanın təklifi Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək? - Baku TV

Dünya
02 noyabr 2026 492 baxış
Dəməşq təhlükəsizlik təminatları axtarır

Dəməşq təhlükəsizlik təminatları axtarır

Dünya
02 noyabr 2026 492 baxış
İran müharibədən hansı hərbi dərsləri çıxarıb?

İran müharibədən hansı hərbi dərsləri çıxarıb?

Dünya
02 noyabr 2026 492 baxış
Zelenski Kiyevin işğal olunmuş əraziləri tanıyıb-tanımayacağına cavab verib

Zelenski Kiyevin işğal olunmuş əraziləri tanıyıb-tanımayacağına cavab verib

Dünya
02 noyabr 2026 492 baxış
Müharibənin 1713-cü günü: Ukrayna Rusiyanın itkilərini belə hesablayır - Baku TV CANLI

Müharibənin 1713-cü günü: Ukrayna Rusiyanın itkilərini belə hesablayır - Baku TV CANLI

Dünya
02 noyabr 2026 492 baxış
Si Cinpin üçtərəfli sammitin keçirilməsini istəmir

Si Cinpin üçtərəfli sammitin keçirilməsini istəmir

Dünya
02 noyabr 2026 492 baxış
Tramp imkan olsaydı, yenidən namizədliyini irəli sürəcəyini bildirib

Tramp imkan olsaydı, yenidən namizədliyini irəli sürəcəyini bildirib

Dünya
02 noyabr 2026 492 baxış
Rubio ərzaq ticarətindən siyasi təzyiq kimi istifadənin yolverilməz olduğunu bildirib

Rubio ərzaq ticarətindən siyasi təzyiq kimi istifadənin yolverilməz olduğunu bildirib

Dünya
02 noyabr 2026 492 baxış
Londonda ABŞ səfirliyi qarşısında nümayiş zamanı 300-dən çox şəxs saxlanılıb

Londonda ABŞ səfirliyi qarşısında nümayiş zamanı 300-dən çox şəxs saxlanılıb

Dünya
02 noyabr 2026 492 baxış
İran ABŞ və İsraildən Beynəlxalq Dəniz Təşkilatına şikayət edib

İran ABŞ və İsraildən Beynəlxalq Dəniz Təşkilatına şikayət edib

Dünya
02 noyabr 2026 492 baxış
Seçilmişlər
icon