Dünya
Pleyeri seçin:

Müasir qanun yoxdur, kişi həmişə aliment verir, qadınlar rahatdır | Mərrakeş - ORALARDA NECƏDİR?

26 may 2024

Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.

Bu dəfə ucsuz-bucaqsız səhraları, şimaldan Aralıq dənizi, qərbdən isə Atlantik okean sularının yuduğu maraqlı, ekzotik ölkə Mərakeş və ölkənin adı ilə bənzər olan Mərrakeş şəhərindən bəhs olunub.

İqliminin xoş olmasına görə Mərakeş tarixən insanların yaşadığı yer olub. 1901-ci ildə Fransa tərəfindən işğal olunmasına baxmayaraq, 1956-cı ildə müstəqilliyini qazana bilib. Mərrakeş şəhərinin əhalisi rəngarəng bağları, bazarları və məscidləri ilə turistlərin diqqətini cəlb edir.

Mərrakeşdə minimum maaş ortalama 200 dollar, yəni 340 manatdır. Buna görə də aztəminatlı əhali dövlət xəstəxanalarına müraciət edir. Orada isə hər şey elə də yaxşı deyil. Mərakeşdə həkimlər nüfuz sahibidirlər və bir çox xəstəxanalarda həkim çatışmazlığı var. Qazancları 2000-2500 dollardır. Bu isə 3400-4250 manat edir.

Burada məktəbə 6 yaşından gedirlər. Mərakeşdə təhsilin üstün cəhətlərindən biri də odur ki, hər iki dövlət dili həm ərəbcə, həm də fransızca tədris olunur. Müəllimlər həkimlər kimi ağ rəngdə geyinirlər. Hesab olunur ki, ağ rəng insanın sinir sistemini sakitləşdirir. Təhsil istəyə görə 9 və ya 12 il davam edir.

Mərakeş İslam ölkəsi olmasına baxmayaraq, burada qadınlar özlərini daha rahat hiss edirlər. Məsələn, boşanma zamanı səbəb nə olursa olsun, alimenti həmişə kişi ödəyir. Hətta evlilikdən dünyaya uşaq gəlməyibsə belə, kişi yenə də qadına pul ödəyir. Mərakeşdə qadınların təhsil alması və istənilən sahədə karyera qurması da mümkündür. Qadınlar geyimlərində də sərbəstdirlər.

Mərrakeş kimi ziddiyyətli şəhərdə yaşamaq, bəlkə də, çətindir. Burada “sən mənim qara ciyərimsən” demək ən ülvi sevgi etirafı sayılır. Bu əsrarəngiz şəhərdə hər kəsin öz yolu, öz ruzisi var. Onlar çətinlikdən qorxmurlar və hər günü şükür edərək başa vururlar.

Filippində dəhşətli yanğın | Fövqəladə vəziyyət elan edildi

Filippində dəhşətli yanğın | Fövqəladə vəziyyət elan edildi

Dünya
24 noyabr 2024
Pakistandakı toqquşmalarda ölən və yaralananların sayı açıqlandı

Pakistandakı toqquşmalarda ölən və yaralananların sayı açıqlandı

Dünya
24 noyabr 2024
Türkiyədə zəncirvari qəza baş verdi | Xəsarət alanlar var

Türkiyədə zəncirvari qəza baş verdi | Xəsarət alanlar var

Dünya
24 noyabr 2024
Yeni planet Yerdən dəfələrlə böyükdür | Astronomlar nələri açıqladı

Yeni planet Yerdən dəfələrlə böyükdür | Astronomlar nələri açıqladı

Dünya
24 noyabr 2024
Ekskursiya rəhbərinin telefonu köpəkbalığının ağzına düşdü | Baham adalarında maraqlı hadisə

Ekskursiya rəhbərinin telefonu köpəkbalığının ağzına düşdü | Baham adalarında maraqlı hadisə

Dünya
24 noyabr 2024
"Bert" qasırğası Britaniyada həyatı iflic etdi

"Bert" qasırğası Britaniyada həyatı iflic etdi

Dünya
24 noyabr 2024
İsrail Ordusunun raketlə vurduğu şəhərdən ən son görüntülər

İsrail Ordusunun raketlə vurduğu şəhərdən ən son görüntülər

Dünya
24 noyabr 2024
Fransa qoşunları Ukraynaya göndəriləcək? | Zaxarova Fransanı tənqid etdi

Fransa qoşunları Ukraynaya göndəriləcək? | Zaxarova Fransanı tənqid etdi

Dünya
24 noyabr 2024
Qasırğa Antalyanı əsir aldı, evləri su basdı

Qasırğa Antalyanı əsir aldı, evləri su basdı

Dünya
24 noyabr 2024
Mən Trampın təkliflərini görmək istəyirəm | Zelenskidən vacib açıqlama

Mən Trampın təkliflərini görmək istəyirəm | Zelenskidən vacib açıqlama

Dünya
24 noyabr 2024
Seçilmişlər
icon