Pleyeri seçin:

Avropanın müdafiəsi gücləndirilir? – III Çarlzdan Ukraynaya dəstək

04 dekabr 2025 413 baxış

Böyük Britaniyanın Kralı III Çarlz Vindzor qəsrində Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri qarşılayarkən London və Berlinin Ukraynanın yanında olduğunu və Rusiyadan gələn yeni təhlükələrə qarşı Avropanın müdafiəsini gücləndirməyə hazır olduqlarını bəyan edib.

Bu barədə "The Guardian" məlumat yayıb.

Dövlət ziyafətində çıxış edən Kral bildirib ki, Böyük Britaniya və Almaniya keçmişdə ən ağır sınaqlardan keçsə də, bu gün iki ölkə ortaq dəyərlər və müasir dünyanın gələcəyinə dair ortaq baxış əsasında strateji tərəfdaşlığı dərinləşdirir.

III Çarlz vurğulayıb ki, iki ölkə birlikdə Ukraynanın yanındadır və Avropanı Rusiyanın yeni təcavüz təhlükəsinə qarşı möhkəmləndirir.

Prezident Ştaynmayer isə çıxışında Londonla münasibətlərin Brexit sonrası çətinliklərdən sonra xeyli yaxşılaşdığını bildirib və Kensington müqaviləsinin iki ölkə arasında təhlükəsizlik, müdafiə və miqrasiya sahələrində əməkdaşlığı gücləndirdiyini vurğulayıb.

Ştaynmayer əlavə edib ki, Berlin və London azad və dinc Avropa uğrunda çiyin-çiyinə çalışır.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 413 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 413 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 413 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 413 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 413 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 413 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 413 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 413 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 413 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 413 baxış
Seçilmişlər
icon