Müdafiə nazirinin qərarı hamını şoka saldı | ABŞ Ordusunda nə baş verir?
ABŞ-nin müdafiə naziri Pit Heqset Pentaqon tarixində nadir hallarda rast gəlinən, "son dərəcə qeyri-adi" adlandırılan bir qərarla bütün hərbi elitanı ayağa qaldırıb. Nazir heç bir rəsmi izahat vermədən ABŞ ordusunun demək olar ki, bütün yüksəkrütbəli komandirlərini — təxminən 800 general və admiralı — təcili toplantıya çağırıb. Sentyabrın 30-da Virciniya ştatındakı Quantiko bazasında keçiriləcək bu görüşün məqsədi hətta hərbi rəhbərliyin köməkçiləri üçün də sirr olaraq qalır. "The Washington Post" qəzetinin yazdığına görə, Pentaqonun bir neçə əsas rəsmisinin işdən çıxarılmasından sonra gələn bu əmr hərbi dairələrdə böyük təşviş və çaşqınlıq yaradıb. Pentaqonun mətbuat xidməti görüşü təsdiqləsə də, detalları açıqlamaqdan imtina edib ki, bu da ABŞ ordusunda köklü kadr islahatları və ya yeni strateji dönüşlərlə bağlı ciddi ehtimalları gündəmə gətirib.
#Pit Heqset teqi istifadə olunub
- Nazirdən Rusiyanın hava hücumundan müdafiə sistemləri ilə bağlı istehzalı açıqlama
- Pentaqon rəhbərindən kritik açıqlama - Baku TV
- ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV
- Vaşinqton yeni nəsil silahların sınaqlarına hazırlaşır
- "Tramp məndən Vaşinqtona 500 əlavə əsgər göndərməyi xahiş edib" | Pit Heqset
