Müdafiə və təhlükəsizlik sahəsində yeni mərhələ başlayır - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski və Norveçin Baş naziri Yonas Qar müdafiə tərəfdaşlığı haqqında bəyannamə imzalayıb.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
"Ukrayna Norveçin xarici siyasətinin əsas prioriteti olaraq qalır və bu gün biz müdafiə, təhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsi haqqında birgə bəyannamə imzaladıq", – deyə Yonas Qar Osloda Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Norveç Ukraynanın suverenlik uğrunda mübarizəsini və onun özünümüdafiə hüququnu qətiyyətlə dəstəkləyir.
"Lakin bu, birtərəfli əlaqə deyil, qarşılıqlı əməkdaşlıqdır. Biz Norveç və Ukrayna arasında strateji tərəfdaşlıq üzərində işləməyə razılaşdıq, çünki Ukrayna bunun müqabilində çox şey verir", – deyə Norveçin Baş naziri bildirib.
Zelenski isə öz növbəsində vurğulayıb ki, Kiyev tərəfdaşları ilə vətəndaşların həyatının qorunmasına və davamlı sülhə nail olunmasına yönəlmiş fəal diplomatik işi davam etdirir.
#Ukrayna teqi istifadə olunub
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Özəl sektor və birgə investisiyalar ön plana çıxıb | Hansı layihələr reallaşa bilər? - Baku TV
- Kiyev mümkün razılaşmalarla bağlı rəsmi təkliflərini ABŞ tərəfinə təqdim etdi - Baku TV CANLI
- Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib
