Müharibə başlayandan Zelenski niyə Kiyev meri ilə görüşdən qaçır?
Kiyevin meri Vitali Kliçko müharibə başlayandan bəri Ukrayna Prezidenti Volodimir Zelenski ilə şəxsən görüşə bilməməsindən şikayətlənib.
Bu barədə “Funke” media qrupuna müsahibəsində deyib.
Kliçko münaqişə kontekstində Ukraynanın aparıcı siyasətçiləri arasında birliyin olmamasını vurğulayıb.
Zelenski ilə münasibətlərindən və aralarındakı gərginliyi həll etmək cəhdlərindən danışan Kiyev meri döyüş əməliyyatları başlayandan bəri onunla dəfələrlə görüşməyə çalışdığını deyib:
“Çünki çox şey ölkənin paytaxtından asılıdır. Amma təəssüf ki, Zelenski ilə şəxsən görüşmək imkanım olmadı. Görünür, prezidentin başqa işləri var”.
Mer indiki şəraitdə siyasi ambisiyaları unutmağın vacib olduğu bildirib. O qeyd edib ki, Ukrayna hökuməti ölkədə tüğyan edən korrupsiya ilə mübarizə üçün çox az iş görür.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukraynada hakimiyyət dəyişikliyi ssenarisi? | Zelenski Trampa meydan oxudu - Baku TV
- Zelenskini hakimiyyətdən uzaqlaşdırmaq istəyən kimdir? - Baku TV
- Zelenski prezident seçimi barədə açıqlamasında Tramp və Maskın adını çəkib
- Ölkəsini satmadığını bildirən Zelenski xəyanətə uğramış hiss etdiyini də açıqlayıb
- Trampın Rusiya ilə bağlı qərarı Zelenskini özündən çıxardı - Baku TV CANLI
