Müharibə bu evliliyi bitirdi: məşhur müğənni ərindən ayrıldı
Ukraynalı müğənni, aktrisa və teleaparıcı Vera Brejneva ilə gürcü əsilli həyat yoldaşı bəstəkar Konstantin Meladze boşanıb.
Prodüser Alina Krasnaya “kp.ru”ya açıqlamasında ikilinin boşanma səbəbini açıqlayıb. Onun sözlərinə görə, ayrılığa səbəb Veranın Ukrayna ilə bağlı açıqlamaları olub.
“Vera Meladzedən Ukraynaya açıq şəkildə dəstək verməsini istəyib. Amma bəstəkar Rusiyada istehsal mərkəzi və çoxlu daşınmaz əmlakı olduğu üçün bundan imtina edib. Buna görə də Vera ilə aralarında fikir ayrılığı yaranıb və ayrılıblar. Hazırda Meladze İtaliyada, Vera isə Baltikyanı ölkələrdə yaşayır”, – deyə prodüser bildirib.
Həmçinin Alina vurğulayıb ki, Meladze Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra gəlirləri azaldığı üçün “ВИА Грa” qrupunu ləğv edib. Qeyd edək ki, Brejneva ilə Meladze 2015-ci ildə gizli şəkildə nikah masasına əyləşib.