Müharibə bu halda bitəcək ki... | Tərəflər niyə razılaşa bilmədi?
HƏMAS hərbi qruplaşması ABŞ Prezidenti Cozef Baydenin girovların azad edilməsinə dair təklifini rədd edib.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərə görə, qruplaşmanın rəsmiləri məsələ ilə bağlı tələblərin dəyişmədiyini açıqlayıblar. Onlar Qəzzada hərbi əməliyyatlara son qoyulması, İsrail Ordusunun regiondan çıxarılması, Fələstin anklavının yenidən qurulması və fələstinli məhbusların azad edilməsinə əsaslanan mövqelərini bir daha təsdiqləyiblər. İsrail tərəfi isə rəsmi Vaşinqtonun təklifini qəbul etdiyini bildirsə də, bunu rəsmi şəkildə bəyan etməyib.
Qeyd edək ki, C.Baydenin təklifi atəşkəsin elan edilməsi və İsraildə saxlanılan fələstinli məhbusların geri qaytarılması müqabilində Qəzzadakı israilli girovların azad edilməsini nəzərdə tutur. Mərhələli şəkildə saxlanılanların mübadiləsi baş tutduqdan sonra isə Qəzzada müharibənin bitməsi planlaşdırılıb.