Dünya
Pleyeri seçin:

Müharibə davam edir | Ramazan ayında Qəzzada atəşkəsə ümid yoxdur

12 mart 2024

HƏMAS hərbi qruplaşması ilə İsrail arasında gedən müharibənin artıq 157-ci günüdür.

Münaqişə 6-cı ayına qədəm qoysa da, uzunmüddətli atəşkəs hələ də üfüqdə görünmür.

ABŞ Prezidenti Cozef Baydenin Qəzza zolağında atəşkəs razılaşmasının martın 4-nə qədər əldə olunacağını deməsinin üstündən isə artıq bir həftə keçib. Lakin hələ də atəşkəsdən əsər-əlamət yoxdur.

Hərbi qruplaşmanın siyasi lideri İsmayıl Haniyə isə atəşkəsin imzalanmamasına əsas səbəb kimi rəsmi Təl-Əvivi göstərib:

"Biz səy göstərdiyimiz razılaşmaya nail olmaq üçün beş prinsip yaratmışıq ki, bu da hərtərəfli atəşkəs və Qəzzada müharibəyə son qoyulması, İsrail Ordusunun regiondan tamamilə çıxarılması və girovların şərtsiz şəkildə geri qaytarılmasını əhatə edir. Daha sonra isə Qəzzanın bərpası və qaçqınların humanitar yardım, sığınacaqlarla təmin edilməsi, blokadaya son qoyulması kimi məsələlərin həlli nəzərdə tutulub. 5-ci şərtimiz isə girov mübadiləsində razılığa gəlməkdir".

İsrailin Baş naziri Benyamin Netanyahu isə əsir və girovların azad edilməsinə dair aparılan danışıqların effektiv nəticə vermədiyini bildirib:

"Bir sıra ərəb ölkələrinin liderləri Qəzza zolağında əməliyyatın davam etdirilməsinə səssiz qalaraq münaqişənin davam etməsi üçün razılıq verirlər. Biz bütün girovların azad edilməsini tələb edirik. Əgər bu baş verməsə, İsrail Ordusu Qəzzada əməliyyatlarını dayandırmayacaq. Zənnimcə, İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi əməliyyat yaxın iki ay ərzində başa çata bilər. Biz döyüş batalyonlarının dörddə üçünü məhv etmişik. Döyüşlərdə isə demək olar ki, sona yaxınlaşırıq və bu iki aydan çox çəkməyəcək. Bəlkə altı həftə, bəlkə də dörd həftə davam edəcək".

Siçanlar da sürücü oldu | Maşın sürməkdən ötrü ürəyi gedən kiçik "avtoşlar"

Siçanlar da sürücü oldu | Maşın sürməkdən ötrü ürəyi gedən kiçik "avtoşlar"

Dünya
22 noyabr 2024
Oğulun etdiyi əməlin cəzasını atası çəkdi | Dəhşətli detallar açıqlandı

Oğulun etdiyi əməlin cəzasını atası çəkdi | Dəhşətli detallar açıqlandı

Dünya
22 noyabr 2024
NATO ilə bağlı sensasiya | Yüz minlərlə əsgərə gizli tapşırıq verilir?

NATO ilə bağlı sensasiya | Yüz minlərlə əsgərə gizli tapşırıq verilir?

Dünya
22 noyabr 2024
Şimali Koreyadan güc nümayişi | Kim Çen In silah sərgisində iştirak etdi

Şimali Koreyadan güc nümayişi | Kim Çen In silah sərgisində iştirak etdi

Dünya
22 noyabr 2024
Onlara elə güclə zərbə vuracağıq ki… | Kadırov Qərbə meydan oxudu

Onlara elə güclə zərbə vuracağıq ki… | Kadırov Qərbə meydan oxudu

Dünya
22 noyabr 2024
Su qiymətinə evlər | Bu kəndin sakinləri Trampın prezident seçilməsini fürsətə çevirdi

Su qiymətinə evlər | Bu kəndin sakinləri Trampın prezident seçilməsini fürsətə çevirdi

Dünya
22 noyabr 2024
Medvedev raket hücumundan video paylaşıb Ukraynaya meydan oxudu

Medvedev raket hücumundan video paylaşıb Ukraynaya meydan oxudu

Dünya
22 noyabr 2024
"Hizbullah" liderinin sui-qəsdi ilə bağlı sensasiya | İsrail vəziyyətdən necə istifadə etdi?

"Hizbullah" liderinin sui-qəsdi ilə bağlı sensasiya | İsrail vəziyyətdən necə istifadə etdi?

Dünya
22 noyabr 2024
Müharibə daha da şiddətləndi | Ukrayna artıq 4 ölkəyə qarşı döyüşür?

Müharibə daha da şiddətləndi | Ukrayna artıq 4 ölkəyə qarşı döyüşür?

Dünya
22 noyabr 2024
Türkiyənin "Sıfır tullantı" stendi COP29-da diqqətləri öz üzərinə çəkdi

Türkiyənin "Sıfır tullantı" stendi COP29-da diqqətləri öz üzərinə çəkdi

Dünya
22 noyabr 2024
Seçilmişlər
icon