Müharibə, Krım və Zelenskinin aqibəti barədə gizli danışıqlar
Rusiya və Ukrayna sülh danışıqlarına başlayıb.
Bu iddia ilə tanınmış amerikalı jurnalist Seymur Herş çıxış edib.
O, məqaləsində bildirib ki, danışıqlar Rusiya Baş Qərargah rəhbəri Valeri Gerasimov və Ukrayna ordusunun baş komandanı Valeri Zalujni arasında aparılır. “Rusiya və Ukrayna arasında ciddi sülh danışıqları sürətlənib”, – S.Herş qeyd edib.
O yazıb ki, bu danışıqların aparıcı qüvvəsi Vaşinqton və ya Moskva deyil, tərəflərin döyüş əməliyyatlarına rəhbərlik edən iki yüksək rütbəli generaldır.
Amerikalı jurnalistin iddiasına görə, bu danışıqlarda Ukraynanın ərazi müqabilində NATO-ya daxil olması ehtimalı və alyansın Ukraynada öz qoşunlarını və hücum silahlarını yerləşdirməmək öhdəliyi müzakirə edilir.
S.Herş Ağ Evin bu sxemə qəti şəkildə qarşı olduğunu bildirir: “Ukrayna Prezidenti Vladimir Zelenski də buna qarşı çıxır, o hesab edir ki, sona qədər mübarizə aparmalıdır”.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Rusiyanın 347 ədəd helikopteri məhv edilib
- Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər
- Putinin Ukrayna ilə bağlı növbəti planı nədir? - Baku TV CANLI
- Cəbhədə vəziyyət kəskin dəyişir | Rusiya qoşunları bu istiqamətdə irəliləyir - Baku TV
- Ukrayna Rusiyanın neft tankerlərinə dron zərbələri endirdi - Baku TV CANLI
