Pleyeri seçin:

Müharibə qızışacaq! - Trampın təklifini rədd edən Rusiyanın planı nədir?

21 aprel 2025 269 baxış

Rusiya hökuməti ABŞ Prezidenti Donald Trampın martda təklif etdiyi 30 günlük atəşkəs ideyasını rədd edib, bunun əvəzinə onun rus həmkarı Vladimir Putin Pasxa bayramı üçün 30 saatlıq atəşkəs elan edib.

Bu barədə BBC-nin analitik materialında deyilir.

Qeyd olunur ki, Kreml sahibinin təşəbbüsü Ukraynada şübhə ilə qarşılanıb.

Prezident Volodimir Zelenski sosial şəbəkədə yazıb ki, Rusiya atəşkəs təəssüratı yaratmağa çalışır, hücumlar isə davam edir.

Rusiya bu müddətdə Ukraynanı atəşkəsi pozmaqda ittiham edib.

Analitiklərə görə, 30 saatlıq atəşkəs sülh arzusu deyil, daha çox Ağ Evlə yaxşı münasibətləri saxlamaq üçün bir vasitədir:

“Birtərəfli, hətta qısamüddətli atəşkəs elan etməklə Kreml sülh tərəfdarının Ukrayna yox, Rusiya olduğunu iddia edə bilər. Qısamüddətli atəşkəs çox qısa müddətdə elan edildi, hər iki tərəfə buna tam hazırlaşmaq üçün vaxt vermədi”.

BBC-yə görə, optimist məqam da var: “Kremlin Pasxa atəşkəsi gözlənilməz olsa da, birdən-birə ortaya çıxmayıb. Son həftələr döyüşlərə son qoymaq üçün intensiv beynəlxalq danışıqlar aparılıb”.

Bəs 30 saatlıq atəşkəs sülh üçün əsas olacaqmı? BBC bunun çətin olduğunu düşünür.

Xatırladaq ki, bu gün gecə saatlarından müvəqqəti atəşkəs başa çatıb. Müharibə davam edir.

Rusiyanın 347 ədəd helikopteri məhv edilib

Rusiyanın 347 ədəd helikopteri məhv edilib

Dünya
21 dekabr 2025 269 baxış
İsrail Ordusu Suriyanın cənubuna daxil oldu

İsrail Ordusu Suriyanın cənubuna daxil oldu

Dünya
21 dekabr 2025 269 baxış
Nazirliyin saytından 16 sənəd yoxa çıxdı

Nazirliyin saytından 16 sənəd yoxa çıxdı

Dünya
21 dekabr 2025 269 baxış
Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər

Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər

Dünya
21 dekabr 2025 269 baxış
Döyüşlər səbəbindən bir milyon insan təxliyə edilib

Döyüşlər səbəbindən bir milyon insan təxliyə edilib

Dünya
21 dekabr 2025 269 baxış
Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər

Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər

Dünya
21 dekabr 2025 269 baxış
Ağ Evdə keçmiş prezidentlərlə bağlı məlumat lövhələri asılıb

Ağ Evdə keçmiş prezidentlərlə bağlı məlumat lövhələri asılıb

Dünya
21 dekabr 2025 269 baxış
Tərəflər arasında şiddətli döyüşlər davam edir

Tərəflər arasında şiddətli döyüşlər davam edir

Dünya
21 dekabr 2025 269 baxış
Putinin Ukrayna ilə bağlı növbəti planı nədir? - Baku TV CANLI

Putinin Ukrayna ilə bağlı növbəti planı nədir? - Baku TV CANLI

Dünya
21 dekabr 2025 269 baxış
Viktor Orban Avropa ölkələrinə xəbərdarlıq edib

Viktor Orban Avropa ölkələrinə xəbərdarlıq edib

Dünya
21 dekabr 2025 269 baxış
Seçilmişlər
icon