“Müharibə üçün bəhanə idi” | İran-İsrail savaşının qarşını necə alına bilərdi?
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərblə nüvə sazişinin bərpa edilməsi İranı İsraillə 12 günlük müharibədən yayındıra və BMT Təhlükəsizlik Şurasında “tətik mexanizmi”nin işə düşməsinin qarşısını ala bilərdi”.
Bunu İranın keçmiş prezidenti Həsən Ruhani deyib.
Sabiq prezident Qərblə, xüsusilə Avropa ölkələri ilə danışıqlara qayıtmağın vacibliyini vurğulayaraq, BMT sanksiyalarını bərpa edən “tətik mexanizmi”nin Təhlükəsizlik Şurasının gündəliyindən çıxarılmasının Tehranın və mümkün sazişin digər tərəflərinin maraqlarına xidmət etdiyini bildirib.
“Nüvə sazişi bərpa edilsə, bunun real faydaları olacaq, razılaşma özünü doğrultsaydı, 12 günlük müharibə üçün bəhanə də olmazdı”, ‒ Ruhani qeyd edib.
Keçmiş prezident 2021-ci ildə sazişə qayıdışa mane olmağın İran üçün 500 milyard dollara başa gəldiyini açıqlayıb.
#İran teqi istifadə olunub
- Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI
- İranla Avropa arasında yeni gərginlik | Parisdən Tehrana sərt xəbərdarlıq - Baku TV
- ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV
- "Təzyiq və zorakılıq qarşısında geri çəkilməyəcəyik" | İran Prezidentindən açıqlama - Baku TV CANLI
- İran bu hücuma necə cavab ola bilər? | Regionda sular yenidən qaynayır? - Baku TV CANLI
