Dünya
Pleyeri seçin:
Müxbirin qətlində əli olan şəxsdən etiraf
Ukrayna əsilli rusiyalı hərbi müxbir, bloger Vladlen Tatarski kimi tanınan Maksim Fominin qətlində şübhəli bilinən Sankt-Peterburq sakini 26 yaşlı Darya Trepova dindirilib.
D.Trepova dindirilmədə kafeyə gətirdiyi heykəli ona kimin verdiyi barədə daha sonra danışmaq istədiyini deyib.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladlen Tatarskinin həlak olması ilə nəticələnən partlayışda Kiyevin əlinin olduğunu istisna etmir.
Onun sözlərinə görə, 2014-cü ildən bəri Rusiyada insanların öldürülməsinin arxasında “Kiyev rejimi” dayanır. Ukrayna tərəfi isə hadisə ilə bağlı bütün ittihamları rədd edib.
Kopyalandı
Seçilmişlər