NASA-nın robotu Marsda nələr aşkarlayıb?
Yeniliklərdən dərhal xəbərdar olun
NASA-nın “Curiosity” robotu Marsda alimlər tərəfindən bu planetdə nə vaxtsa həyatın mövcud ola biləcəyinə dair ən inandırıcı sübutlardan biri kimi qiymətləndirilən üzvi molekullar aşkar edib.
Aşkarlanan molekullar arasında Yer üzündə həyatın yaranmasının əsasını təşkil edən birləşmələr, o cümlədən DNT-nin ilkin formalarına bənzəyən azot tərkibli molekul da var. Lakin əlavə tədqiqatlar təhlükə altına düşüb. Belə ki, Marsdan nümunələrin Yerə gətirilməsini nəzərdə tutan proqram maliyyə çatışmazlığı səbəbindən yanvarda dayandırılıb.
Florida Universitetinin professoru Emi Uilyams bildirib ki, mümkün həyat izlərinin qəti təsdiqi üçün Mars süxurlarının nümunələri Yerə gətirilməlidir. Onun sözlərinə görə, aşkar edilən birləşmələr Marsda 3,5 milyard ilə qədər qorunub saxlanıla bilər.
Professor qeyd edib ki, artıq alimlər Mars torpağının üst qatlarında iri və mürəkkəb üzvi birləşmələrin qorunub qaldığını bilirlər. Bu isə həyatın göstəricisi ola biləcək belə maddələrin saxlanması baxımından böyük imkanlar açır.
#NASA teqi istifadə olunub
- NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək
- Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu
- ABŞ astronavtları Ayda uzunmüddətli missiyalara hazırlaşır, NASA daimi baza qurmaq niyyətindədir
- Marsda aparılan araşdırmalar zamanı daha bir mühüm nailiyyət əldə olunub
- NASA Ayın səthinin altındakı mümkün mağaraları tədqiq edir
