NATO-nun Ankara sammiti Haaqadakı görüşdən daha vacib ola bilər | Rutte
Yeniliklərdən dərhal xəbərdar olun
"İyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti Haaqadakı görüşdən daha əhəmiyyətli ola bilər, çünki orada artıq qəbul edilmiş qərarların icrası müzakirə olunacaq".
Bu barədə NATO-nun Baş katibi Mark Rutte Vaşinqtonda Atlantik Şurasının tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ankarada yeni öhdəliklər əvəzinə, artıq qəbul edilmiş qərarların icrası müzakirə olunacaq.
Rutte qeyd edib ki, sammitin uğuru müttəfiqlərin müdafiə xərclərini ümumdaxili məhsulun 5%-nə qədər artırmaq, silah istehsalını çoxlatmaq və Ukraynaya dəstəyi davam etdirmək üçün nə dərəcədə etibarlı bir trayektoriya təsdiqləyə bilməsindən asılı olacaq.
"Nəticə etibarilə, Putin öhdəliklərdən qorxmur. O, bu öhdəlikləri yerinə yetirməkdən qorxur. Biz məhz bunu edirik", – deyə Baş katib bildirib.
Onun sözlərinə görə, əsas vəzifə Moskvaya NATO-nun hər hansı bir hücum halında özünü müdafiə etməyə hazır olduğunu nümayiş etdirmək olaraq qalır.
Rutte həmçinin vurğulayıb ki, müttəfiqlər arasında fikir ayrılıqlarına baxmayaraq, Alyans əsas qərarlar qəbul edərkən daim birliyi qoruyur.
#Mark Rutte teqi istifadə olunub
- NATO Baş katibi Rusiyanın planlarından xəbərdardır? - Baku TV
- Moskvanın xəbərdarlığını təsdiqləyən Rutte Rusiya tərəfinə hansı çağırışı ünvanlayıb?
- Rutte amerikalıların addımına münasibət bildirərkən hansı məsuliyyəti nəzərdə tutub?
- NATO ölkələri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir - Baku TV
- Mark Rutte bildirib ki, Rusiya NATO daxilindəki birliyi poza bilməyəcək
