Pleyeri seçin:

NATO-nun zirvə toplantısında əsas gündəm hansı ölkələr olacaq? | Karakuşdan sensasiyalı açıqlama

09 iyul 2024 362 baxış

“Bu il NATO-nun qurulmasının 75-ci ilidir. Yəqin ki, Vaşinqtonda sammit çərçivəsində keçirilən tədbirlər və qəbul edilən sənədlərlə NATO həm öz müttəfiqlərinə, həm də rəqiblərinə güclü mesaj verməyə çalışacaq”.

Bu sözləri “Axar.az”a açıqlamasında Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki Ərdoğan Karakuş deyib.

General sammitin üç əsas gündəm mövzusunun olduğunu bildirib:

“Adətən hər il keçirilən NATO liderlərinin zirvə toplantısında həmin müddət üçün təşkilatın qarşısındakı təhdidlər, göstəriləcək fəaliyyətlər, müdafiə xərclərinin artırılması kimi məsələlər müzakirə edilir.

Fikrimcə, ildönümü ilə bağlı tədbirlərlə yanaşı, Ukrayna, Qəzza və Çin məsələsi çox ciddi müzakirə ediləcək. ABŞ-nin təzyiqi ilə üzv ölkələrin müdafiə büdcələrini xeyli dərəcədə artırdırdığını da görürük.

Sanki NATO Üçüncü Dünya müharibəsinə hazırlaşır.

Bu arada, ABŞ də çoxlu sayda F-35 qırıcısını satır. NATO üzvlərində ABŞ-nin təzyiqləri ilə yanaşı, Rusiyaya görə qeyri-müəyyənlik sıxıntısı da mövcuddur. Xüsusilə İsveç və Finlandiyanın üzv olması ilə təşkilat xeyli gücləndi. ABŞ NATO-dan istifadə edərək Şimal qütbünü, oradakı resursları ələ keçirmək istəyir. Ona görə orada da Rusiya ilə bir qarşıdurma və bunun aktiv fazaya keçmək təhlükəsi var. ABŞ burada əsasən Kanada ilə, Rusiya da Çinlə hərəkət edir. Çin də həmin bölgəyə maraq göstərir.

Bunlarla yanaşı, Qəzza məsələsi də gündəmdədir. Bildiyimiz kimi, Türkiyədən başqa digər üzvlərdən İsrailə ciddi etiraz edən demək olar ki, yoxdur. Yəqin ki, Fələstin məsələsi, atəşkəsin imzalanması da müzakirə ediləcək. Çinin Uzaq Şərqdə Tayvanı təhdid məsələsi də Cənubi Koreya və Yaponiya üçün vacib əhəmiyyət daşıyır. Fikrimcə, NATO-da Fransada formalaşan yeni siyasi konfiqurasiya və Çinin güclənməsi, Tayvanla, Yaponiya ilə Cənubi Koreyanın hərbi və digər sahələrdə dəstəyin artırılması yolları gündəmdə olacaq”.

Qeyd edək ki, 9-11 iyul tarixlərində ABŞ-nin paytaxtı Vaşinqonda NATO Zirvəsi keçiriləcək.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 362 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 362 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 362 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 362 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 362 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 362 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 362 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 362 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 362 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 362 baxış
Seçilmişlər
icon