NATO Rusiyanın “Burevestnik” raketini niyə ciddi təhlükə hesab edir?
Yeniliklərdən dərhal xəbərdar olun
“NATO Rusiyanın “Burevestnik” raketini ciddi təhlükə hesab edir”.
Bu barədə “Bild” NATO hesabatına istinadən məlumat verib.
Qeyd olunur ki, NATO Rusiyanın yeni nüvə enerjisi ilə işləyən, qeyri-məhdud mənzilli strateji qanadlı “Burevestnik” raketlərini təhlükəsizliyə ciddi təhdid hesab edir.
Nəşr qeyd edir ki, Rusiya nüvə arsenalının modernləşdirilməsini başa çatdırıb. İndi Moskvanın sərəncamında sualtı qayıqlar, qanadlı və ortamənzilli raketlər də daxil olmaqla bir neçə təkmilləşdirilmiş silah var.
Sənəddə artıq yerləşdirməyə hazır olan “Burevestnik” raketləri ilə bağlı narahatlıq ifadə edilir. NATO onların təhlükə yaratdığına inanır, çünki onlar yüksək manevr qabiliyyətinə malikdirlər və saatda 900 kilometr sürətə çata bilirlər.
Oktyabrın sonunda Rusiya qeyri-məhdud məsafə qət edə bilən dünyada ilk nüvə mühərrikli qanadlı raketi olan “Burevestnik”in sınaqlarının uğurla başa çatdığını elan edib. ABŞ bu raketi “kiçik Çernobıl” adlandırıb.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- NATO müttəfiqləri Trampın Rusiya planından xəbərsiz qalıb? - Baku TV CANLI
- Super uzaqmənzilli raketlər hansı ölkələrin arsenalında olacaq? - Baku TV
- Uzaqmənzilli raketlər hazırlanır | Bu ölkələr Rusiyaya zərbə endirəcək? - Baku TV CANLI
- Monteneqro və Albaniya NATO-dan kömək istəyib
- Qara dənizdə yeni müharibə həyəcanı? - NATO hərəkətə keçdi - Baku TV CANLI
