Pleyeri seçin:

Neandertalların sonunu gətirən fəlakət | Müasir insanlar necə sağ qaldı?

22 aprel 2025 532 baxış

Müasir insanların ən yaxın qohumları olan neandertallar təxminən 40 min il əvvəl nəsli kəsilmədən öncə 10 minlərlə il Avropada yaşamışdılar.

Elm adamları növün məhvinə nəyin səbəb olduğunu dəqiqləşdirməyə çalışarkən yeni araşdırma Yer kürəsinin maqnit sahəsindəki dəyişikliklərə işarə edir.

Planeti Günəşin zərərli şüalarından qoruyan maqnit sahəsinin qütbləri adətən Şimal və Cənub qütbləri ilə eyni nizamdadır, amma Yerin nüvəsinin dəyişməsi nəticəsində arabir yerlərini dəyişirlər. Bənzər hadisə təxminən 41 min il əvvəl, maqnit sahəsinin zəiflədiyi və daha yüksək səviyyəli radiasiyanın səthə çatmasına imkan verən zaman baş vermişdi.

ABŞ-nin Miçiqan Universitetinin tədqiqat qrupu vulkanik süxurlar və çöküntülərdə qorunan maqnit işarələrini araşdıraraq “Laşamps” hadisəsi kimi tanınan prosesin modelini yaradıb. Nəticələri “Science Advances” jurnalında dərc edilən araşdırmaya görə, 41 min il əvvəl maqnit qütbləri ekvatora doğru dəyişib və sahənin gücü bugünkü səviyyə ilə müqayisədə 10 faiz zəifləyib. Alimlər hesab edirlər ki, bu dövrdə adətən qütblərdə görünən Şimal işıqları ekvatora yaxınlaşıb. Təxminlərə görə, proses zamanı ultrabənövşəyi şüanın güclənməsi insanları dəri xərçəngi kimi xəstəliklərə qarşı müdafiəsiz qoyub.

Tədqiqatçılar deyirlər ki, bu dövrdə müasir insanlar arasında insanın ölçüsünə uyğun geyimlər geniş yayılıb. Bundan əlavə, ultrabənövşəyi şüalardan qorunma təmin edən oxra o dövrün sənət əsərlərində görünərkən “Homo sapiens” də bundan bədənlərində istifadə etmiş ola bilər. Komanda buna görə də “Homo sapiens”in neandertallara qarşı daha üstün mövqedə ola biləcəyini düşünür. Bədəni tam əhatə edən geyimlər Günəş şüalarına qarşı da effektli qoruma təmin edir.

Bəzi elm adamları iddia edirlər ki, müasir insanların Günəşdən qorunmaq üçün oxradan istifadə edib-etmədikləri məlum deyil, təkcə bunlar onları xilas etməyə bilərdi.

Çexiyalı elm adamı Ladislav Neyman eyni dövrdə olduqca soyuq şəraitin olduğunu vurğulayaraq əlavə edir: “Homo sapiens”in neandertallardan ən böyük üstünlüyü Afrika və başqa yerlərdə yaşayan digər böyük populyasiyalarının olması idi. Ona görə də bu hadisələrdən sonra yeni “Homo sapiens” Avropaya köçə bilərdi”.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 532 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 532 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 532 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 532 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 532 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 532 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 532 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 532 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 532 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 532 baxış
Seçilmişlər
icon