Netanyahu küncə sıxışdı: Türkiyədə Netahyahuya cinayət işi açıldı
Türkiyə hökuməti İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırıb.
Bu barədə ölkə mətbuatı məlumat yayıb. Bildirilib ki, vəkillər hakim Ədalət və İnkişaf Partiyasının vasitəçiliyi ilə Baş naziri məhkəməyə veriblər.
Qaldırılan iddiaya görə, Qəzza zolağına davam etdirdiyi zərbələrə görə İsrail hökumətinin lideri məsuliyyət daşıyır. Beynəlxalq Cinayət Məhkəməsinə göndərilən sənəddə mühakiməsi tələb edilən İsrailli liderin bütün ictimaiyyətin gözü qarşısında müharibə, insanlara qarşı soyqırımı kimi cinayətlər törətdiyi bildirilib.
“Müraciətimizin və tələbimizin mövzusu olan İsrailin Baş naziri Benyamin Netanyahu ittiham olunduğu cinayətləri törədərkən beynəlxalq qanunlara görə qadağan olunmuş silahlardan istifadə etməkdən çəkinmir. Törədilən cinayətlər danılmazdır. Vicdanı olan hər bir insan, ümumilikdə bütün bəşəriyyət buna göz yummamalıdır. Əks halda, bütün bu hadisələrə qarşı susmaq bəşəriyyətin ədalətə olan inamını zədələyəcək və Beynəlxalq Cinayət Məhkəməsinin qərəzsizliyinə kölgə salacaq”, – deyə ərizədə qeyd olunub.