Netanyahu Trampın danışıqlarla bağlı açıqlamalarına münasibət bildirdi - Baku TV
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın İranla danışıqlarla bağlı açıqlamalarına münasibət bildirib.
“Ynet” portalının xəbərinə görə, Netanyahu ABŞ Prezidenti Donald Trampla danışdığını bildirib.
Onun sözlərinə görə, Tramp İsrail Müdafiə Qüvvələri və ABŞ Ordusunun böyük uğurlarından yararlanaraq müharibənin məqsədlərini bir müqavilə ilə həyata keçirməyin mümkünlüyünə inanır.
“Bu, həyati maraqlarımızı qoruyacaq bir müqavilədir. Eyni zamanda, həm İrana, həm də Livana hücum etməyə davam edirik. Raket və nüvə proqramını tamamilə məhv edirik, “Hizbullah”a ciddi zərər verməyə davam edirik. Cəmi bir neçə gün əvvəl daha iki nüvə alimini məhv etdik və əl hələ də uzanır. İstənilən vəziyyətdə həyati maraqlarımızı qoruyacağıq”, – deyə Netanyahu vurğulayıb.
#Benyamin Netanyahu teqi istifadə olunub
- Trampdan İrana şərt | Hakan Fidandan vacib açıqlamalar | ABŞ və İsrailin yeni planı - YENİ BİR SƏHƏR
- "Digər ölkələri də İrana qarşı olmağa çağırıram" | Netanyahu - Baku TV
- İsrailin müharibədən sonra yeni hədəfləri nələrdir? - Baku TV
- Netanyahu İranın artıq uranı zənginləşdirmə qabiliyyətinə malik olmadığını deyir
- Netanyahudan İrana hücumlarla bağlı sensasiyalı açıqlama - Baku TV CANLI
