Netanyahudan atəşkəslə bağlı vacib açıqlama
“Bu axşam mən Nazirlər Kabinetinə Livanda atəşkəs planını təqdim edirəm. Bu atəşkəsin müddəti baş verənlərdən asılıdır”.
Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində deyib.
“ABŞ ilə əməkdaşlıq edərək biz tam hərbi fəaliyyət azadlığını saxlayırıq. “Hizbullah” müqavilələri pozarsa və silahlanmağa çalışarsa, sərhədimizə yaxın ərazidə terror fəaliyyətlərini bərpa etməyə və ya raket atmağa cəhd edərsə, hücum edəcəyik”, – Baş nazir qeyd edib.
O, israillilərə müraciət edərək söz verib ki, ölkə hakimiyyəti HƏMAS-ın məhvini başa çatdıracaq:
“Biz bütün girovlarımızı qaytaracağıq, Qəzza zolağının – HƏMAS-ın bir daha İsraili təhdid etməməsini təmin edəcəyik. Müharibə biz bütün məqsədlərimizə çatana qədər, o cümlədən şimal xalqını təhlükəsiz şəkildə evlərinə qaytarana qədər bitməyəcək. Mən sizə demək istəyirəm ki, cənubda necə oldusa, elə də olacaq”.