Netanyahunun "şikayəti" Vaşinqtonu qəzəbləndirdi | Vəziyyət gərginləşir
Amerika Birləşmiş Ştatları-İsrail rəsmilərinin 20 iyun tarixinə planlaşdırılan görüşü ləğv edilib.
Buna səbəb isə İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtonun onun ölkəsinə hərbi yardımı dayandırdığını iddia etməsi olub. Görüşün ləğv olunması səbəbindən bir sıra İsrail rəsmiləri artıq yola düşüblər.
Yerli KİV-in yaydığı məlumata görə, sözügedən video Vaşinqton rəsmilərinin ciddi qəzəbinə səbəb olub. Beləliklə, ABŞ-İsrail münasibətləri oktyabrın 7-dən, yəni İsrail-HƏMAS müharibəsi başlayandan bəri ilk dəfə bu qədər gərginləşib.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin "Biz onun nədən danışdığını həqiqətən bilmirik" sitatı ilə çıxış etməsi də məsələnin nə qədər ciddi olduğunu bir daha sübut edib.
Məlumat üçün bildirək ki, sözügedən görüş baş tutsa idi, İranla bağlı strateji danışıqlar aparılacaqdı. Danışıqların ABŞ-nin Dövlət Departamenti, Pentaqon və ölkənin kəşfiyyat agentliklərinin rəsmi nümayəndələri ilə israilli həmkarları arasında aparılması nəzərdə tutulurdu.