Pleyeri seçin:

O, bəşəriyyəti xəbərdar edirdi, amma... | Stiven Hokinqin sözləri düz çıxdı?

16 mart 2025 385 baxış

Stiven Hokinq 8 yanvar 1942-ci ildə İngiltərənin Oksford şəhərində Frank və İzabel Eylin Hokinq ailəsində dünyaya gəlib.

Məktəb illərində Stiven əlaçı deyildi, hətta səlis oxumağı yalnız 8 yaşında öyrənmişdi. Bununla belə, dəqiq elmlərə xüsusi maraq göstərirdi. Çox aktiv həyat tərzi yaşayan və Oksford Universiteti Kollecinə daxil olan 17 yaşlı gənc həmçinin avarçəkmə klubunun üzvü olur.

Yeni il şənliklərindən birində Stiven Ceyn Uayld adlı qızla tanış olur. 1963-cü ildə özünü xoşbəxt hiss etdiyi bir vaxtda səhhətində problemlər yaranmağa başlayır. Tez-tez yıxılan və daim yorğunluq hiss edən Stiven həkimə müraciət edir və ona yan amiotrofik skleroz diaqnozu qoyulur. Bu, tədricən əzaların hərəkətinə cavabdeh olan neyronları məhv edən, tənəffüs orqanlarına çatdıqda tam iflic və ölümə səbəb ola bilən xəstəlik idi.

Həkimlər ona cəmi 2-3 il ömrü qaldığını bildirdikdə Stiven xəstəliyin onun zehninə təsir edib-etməyəcəyini soruşur. Cavab isə belə olur: “Beynə təsiri yoxdur, ömrünüzün sonuna qədər aydın düşüncədə qalacaqsınız”. Bu xəbər gənc alimə ağır təsir edir, o, depressiyaya düşərək elmi işini yarımçıq qoyur.

Lakin xəstəxanada leykemiyadan əziyyət çəkən və son günlərini yaşayan bir uşağı görəndə Stiv öz xəstəliyinin son olmadığını anlayaraq mübarizəyə qərar verir. Sevgilisi Ceyn Stivin xəstəliyinə baxmayaraq, onunla nişanlanır. Cütlük 1965-ci ildə evlənir və üç övladı dünyaya gəlir.

Stiv yaşamağa davam edir, lakin proqressivləşən xəstəliyi səbəbindən o, əvvəlcə əsa, sonra isə əlil arabası ilə hərəkət etməyə məcbur olur. Buna baxmayaraq, Hokinq Kembric Universitetində dərs deməyə və kosmik qara dəliklər üzərində elmi araşdırmalar aparmağa davam edir.

Stiven Hokinq riyaziyyatçı Rocer Penrоuzun uzun qara dəliklərdə güclü cazibə qüvvəsi və zamanın dayandığı sinqulyar nöqtənin mövcudluğu fərziyyəsini təkmilləşdirir. 1970-ci ildə R.Penrоuz ilə birlikdə bu fərziyyəni təsdiqləyən Hokinq “Böyük Partlayış” nəzəriyyəsinin inkişafında mühüm rol oynayır.

Bütün məhdudiyyətlərə baxmayaraq, Hokinq müxtəlif ölkələrdə mühazirələrlə çıxış edir. O, qara dəliklərin buxarlanması və fəzaya şüalar yayması ilə bağlı irəli sürdüyü fərziyyənin sonradan təsdiqləndiyini görür. 2019-cu ildə isə qara dəliyin və onun parıltısının ilk dəfə fotoşəkili çəkilir.

Stiven Hokinq 14 mart 2018-ci ildə 76 yaşında vəfat edir. Onun dəfn mərasimində elm və incəsənət xadimləri iştirak edirlər. Qəbir daşının üzərindəki yazıda “Burada Stiven Hokinqin ölümü yatır” və onun ən məşhur tənliyi həkk olunur.

Türkiyədən Qara dənizdə məhdudiyyət

Türkiyədən Qara dənizdə məhdudiyyət

Dünya
08 avqust 2026 385 baxış
Ermənistanın ixrac coğrafiyası dəyişir | Bəs alternativ bazarlar hazırdırmı? - Baku TV CANLI

Ermənistanın ixrac coğrafiyası dəyişir | Bəs alternativ bazarlar hazırdırmı? - Baku TV CANLI

Dünya
08 avqust 2026 385 baxış
ABŞ Senatından yeni qərar | Rusiya və İrana qarşı təzyiq artır - Baku TV CANLI

ABŞ Senatından yeni qərar | Rusiya və İrana qarşı təzyiq artır - Baku TV CANLI

Dünya
08 avqust 2026 385 baxış
400 milyon dollarlıq layihə dayandırıldı | Tramp geri addım atmır? - Baku TV CANLI

400 milyon dollarlıq layihə dayandırıldı | Tramp geri addım atmır? - Baku TV CANLI

Dünya
08 avqust 2026 385 baxış
Soçidə açılan "Fillər parkı" ziyarətçilərin böyük marağına səbəb olub

Soçidə açılan "Fillər parkı" ziyarətçilərin böyük marağına səbəb olub

Dünya
08 avqust 2026 385 baxış
Sakit okeanın Çili sahillərində möhtəşəm balina ailəsi görüntülənib

Sakit okeanın Çili sahillərində möhtəşəm balina ailəsi görüntülənib

Dünya
08 avqust 2026 385 baxış
Gecə səmasını işıqlandıran fənər festivalı şəhərə xüsusi gözəllik qatdı

Gecə səmasını işıqlandıran fənər festivalı şəhərə xüsusi gözəllik qatdı

Dünya
08 avqust 2026 385 baxış
Ayın sirli dünyasını aydınladan 3 metr uzunluğunda yeni xəritə hazırlandı

Ayın sirli dünyasını aydınladan 3 metr uzunluğunda yeni xəritə hazırlandı

Dünya
08 avqust 2026 385 baxış
İranla gərginlik pik həddə: ABŞ hərbi dairələrində artan narahatlıqlar

İranla gərginlik pik həddə: ABŞ hərbi dairələrində artan narahatlıqlar

Dünya
08 avqust 2026 385 baxış
Ermənistanın Baş naziri Vaşinqton sammitinin ölkəsini dalandan çıxardığını bildirib - Baku TV CANLI

Ermənistanın Baş naziri Vaşinqton sammitinin ölkəsini dalandan çıxardığını bildirib - Baku TV CANLI

Dünya
08 avqust 2026 385 baxış
Seçilmişlər
icon