Onlar Ukraynaya dəstəkdə ittiham olunublar
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ədliyyə Nazirliyi müğənni Vladimir Kotlyarov və daha beş nəfərin daxil olduğu xarici agentlərin reyestrini yeniləyib.
Bu barədə nazirliyin saytında məlumat verilib. Bildirilib ki, reyestrə jurnalist Andrey Malgin, sosioloq Nikolay Mitroxin, siyasətçi Natalya Pelevina, Tula vilayətinin deputatı Olqa Podolskaya və jurnalist Mamin Şakirov da daxil edilib.
Qeyd edək ki, xarici agent elan edilən şəxslərin Rusiya daxilində fəaliyyəti məhdudlaşdırılır. Nazirliyin açıqlamasında bildirilir ki, müğənni açıq şəkildə Ukraynanı dəstəkləyib.
Həm də anti-Rusiya baxışlarının formalaşmasına yönəlmiş fəaliyyətlər həyata keçirilib. Qrup Ukraynaya dəstək üçün konsertlər verib, müsahibələrindən birində isə bildirib ki, Ukraynada davam edən müharibəni “ən böyük faciə” adlandırmaq olar.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Konkret plan hazırlanıb?
- Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI
- Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV
- Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI
- Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI
