“Onlarla mübarizə aparılacaq, Rusiya ilə əməkdaşlıq edənlər isə...” | Kir Starmer
Böyük Britaniyanın Baş naziri Kir Starmer Çinin ölkənin milli təhlükəsizliyi üçün real təhdid olduğunu bəyan edib.
K.Starmer bu açıqlamanı Londonda hər il təşkil olunan ənənəvi rəsmi ziyafətdə səsləndirib.
O bildirib ki, London və Pekin arasında möhkəm münasibətlərin olmaması tənqid olunmalı haldır və münasibətlərə daha realist və praqmatik yanaşma lazımdır.
Baş nazir qeyd edib ki, Böyük Britaniyanın siyasəti qorxu və illüziyalar üzərində deyil, güc, aydınlıq və siyasi realizm prinsiplərinə əsaslanacaq.
K.Starmer eyni zamanda vurğulayıb ki, Çinlə əməkdaşlıq edilsə də, Britaniya casusluq cəhdlərinin qarşısını alacaq, qanunsuz kiberfəaliyyətlə mübarizə aparacaq, Rusiya ilə əməkdaşlıq edən Çin enerji şirkətlərinə sanksiyalar tətbiq edəcək, insan hüquqları pozuntularını açıq şəkildə tənqid edəcək.
#Kir Starmer teqi istifadə olunub
- Kir Starmer ölkəsinə görə narahatdır
- “Britaniyanı müharibədən uzaq tutacağıq” | Kir Starmer
- Britaniya Baş naziri Trampın NATO-dan çıxmaqla bağlı açıqlamasına cavab verdi
- London sanksiya altındakı gəmilər üçün La-Manş boğazına çıxışı məhdudlaşdırmağı planlaşdırır
- Böyük Britaniyanın Baş naziri gəmiləri saxlamaq üçün orduya icazə verib
