Pleyeri seçin:

“Oskar” ala bilmədi, amma dünyanın ən bahalı aktyoruna çevrildi | Coni Depp

20 may 2026 298 baxış

1963-cü ildə doğulan Conni Depp gəncliyində rok musiqiçisi olmaq xəyalı ilə yaşasa da, Nikolas Keyclə tanışlıqdan sonra aktyorluq karyerasına addım atıb.

"21-ci küçədə gizli polis" serialı ilə gənc auditoriyanın rəğbətini qazanan aktyor zamanla romantik rollardan uzaqlaşaraq daha mürəkkəb xarakterlərə üstünlük verib.

Aktyora qlobal miqyasda ən böyük şöhrəti rok musiqiçisi Kit Riçardsdan ilhamlanaraq və öz improvizələri ilə yaratdığı Kapitan Cek Sərçə obrazı qazandırıb.

Fəaliyyətinə görə "Qızıl Qlobus" alan və Ginnesin Rekordlar Kitabına ən bahalı aktyor kimi düşən Depp üç dəfə "Oskar"a namizəd olsa da, bu mükafatı qazana bilməyib.

Səhnədən kənarda xeyirxahlığı ilə tanınan aktyor tez-tez Cek Sərçə kostyumunda xəstəxanalardakı uşaqları ziyarət edir və fondlara milyonlarla avro ianə edir.

Şəxsi həyatında bir çox məşhurlarla münasibətdə olan Deppin Amber Herd ilə evliliyi Hollivud tarixinin ən qalmaqallı boşanma proseslərindən birinə çevrilmiş və 2022-ci ildəki dünyaşöhrətli məhkəmə Deppin xeyrinə başa çatmışdır.

Məhkəmə gərginliyindən sonra o, şəxsi həyatını gizli saxlamağa üstünlük verir və "Hollywood Vampires" qrupunun tərkibində musiqi fəaliyyətini aktiv şəkildə davam etdirir.

Son illərdə "Janna Dübarri" filmindəki Kral XV Ludovik rolu ilə ekranlara uğurlu dönüş edən Depp Hollivudun ən sirli və sevilən siması olaraq qalmaqdadır.

İddia olunur ki, Baş nazir özəl təyyarədən istifadə edib

İddia olunur ki, Baş nazir özəl təyyarədən istifadə edib

Dünya
28 sentyabr 2026 298 baxış
Tramp isə daim İrana hücumları bərpa etməyi düşündüyünü bildirib

Tramp isə daim İrana hücumları bərpa etməyi düşündüyünü bildirib

Dünya
28 sentyabr 2026 298 baxış
"Hizbullah" Livanı İsraillə danışıqları dayandırmağa çağırıb

"Hizbullah" Livanı İsraillə danışıqları dayandırmağa çağırıb

Dünya
28 sentyabr 2026 298 baxış
İsrail və İspaniya arasında diplomatik gərginlik daha bir qarşıdurma ilə dərinləşib - Baku TV CANLI

İsrail və İspaniya arasında diplomatik gərginlik daha bir qarşıdurma ilə dərinləşib - Baku TV CANLI

Dünya
28 sentyabr 2026 298 baxış
Rusiya PUA-ları Ukraynanın Milli Elmlər Akademiyasının binasını hədəfə aldı - Baku TV

Rusiya PUA-ları Ukraynanın Milli Elmlər Akademiyasının binasını hədəfə aldı - Baku TV

Dünya
28 sentyabr 2026 298 baxış
Fransada 2027-ci il prezident seçkiləri ilə bağlı siyasi gündəm indidən canlanır - Baku TV CANLI

Fransada 2027-ci il prezident seçkiləri ilə bağlı siyasi gündəm indidən canlanır - Baku TV CANLI

Dünya
28 sentyabr 2026 298 baxış
Yaxın Şərqdə yeni münaqişə yaranır? | Tehranla Bağdad arasında nə baş verir? - ANA XƏBƏR

Yaxın Şərqdə yeni münaqişə yaranır? | Tehranla Bağdad arasında nə baş verir? - ANA XƏBƏR

Dünya
28 sentyabr 2026 298 baxış
Tramp Obamanın addımını atır

Tramp Obamanın addımını atır

Dünya
28 sentyabr 2026 298 baxış
Avropalılar qaza və elektrikə qənaət etməlidir

Avropalılar qaza və elektrikə qənaət etməlidir

Dünya
28 sentyabr 2026 298 baxış
ABŞ qoşunlarının çıxarılması İraq kürdlərini niyə narahat edir? - Baku TV

ABŞ qoşunlarının çıxarılması İraq kürdlərini niyə narahat edir? - Baku TV

Dünya
28 sentyabr 2026 298 baxış
Seçilmişlər
icon