Pleyeri seçin:

ABŞ qoşunlarının çıxarılması İraq kürdlərini niyə narahat edir? - Baku TV

28 sentyabr 2026 267 baxış

ABŞ qoşunlarının İraqdan çıxarılması qərarı ölkənin şimalındakı Kürdüstan Muxtar Regionunda narahatlıq yaradıb.

Regionun Baş naziri Məsrur Bərzani Amerika hərbçilərinin gedişindən sonra kürdlərin raket və pilotsuz uçuş aparatlarının mümkün hücumları qarşısında müdafiəsiz qala biləcəyini bildirib.

Bəs Vaşinqton niyə qoşunlarını İraqdan çıxarmaq qərarına gəlib?

Siyasi şərhçi Oqtay Qasımovun fikrincə, ABŞ-nin bölgədəki hərbi iştirakını azaltması yeni qərar deyil və bu proses Donald Trampın prezidentliyi dövründə daha da intensivləşib:

“Donald Tramp hələ ilk prezidentlik dönəmində Suriyadan qoşunların çıxarılması ilə bağlı qərarlı olduğunu bəyan etmişdi. İraq məsələsində də eyni yanaşma var. Ölkədən kənarda silahlı qüvvələri saxlamaq kifayət qədər bahalıdır. Bunun əvəzinə daha mobil və çevik qüvvələrdən istifadə etmək daha uyğun hesab olunur”.

Ekspert bildirib ki, ABŞ-nin yeni təhlükəsizlik yanaşması çərçivəsində xaricdəki hərbi qüvvələrin azaldılması və regional tərəfdaşların rolunun artırılması nəzərdə tutulur:

“Bu, sürpriz və gözlənilməz qərar deyil. Əslində, planlı addımdır. ABŞ həm Avropada, həm də Yaxın Şərqdə hərbi qüvvələrinin sayını azaltmaq və yeni doktrina əsasında onların bir hissəsini geri çəkmək istəyir”.

O.Qasımov Kürdüstan Muxtar Regionunun narahatlığının səbəblərinin də başa düşülən olduğunu deyib. Onun sözlərinə görə, regiondakı kürd qruplaşmaları uzun müddət müxtəlif xarici güclərin dəstəyindən yararlanıb:

“Amerika qoşunları çəkiləndən sonra onlar üçün müəyyən problemlərin yaranacağından narahatdırlar. Lakin hesab edirəm ki, İraq mərkəzi hökuməti, Türkiyə və digər ölkələrlə münasibətlər normal saxlanılarsa, ciddi problem yaranmaya bilər”.

Banner
Çinin "XPeng" şirkəti uçan avtomobili təqdim edib, uçuş müddəti 35 dəqiqəyədək çatır

Çinin "XPeng" şirkəti uçan avtomobili təqdim edib, uçuş müddəti 35 dəqiqəyədək çatır

Dünya
16 noyabr 2026 267 baxış
İtaliyanın Ukraynaya növbəti hərbi yardım paketinə iki peykin radar görüntüləri də daxil ediləcək

İtaliyanın Ukraynaya növbəti hərbi yardım paketinə iki peykin radar görüntüləri də daxil ediləcək

Dünya
16 noyabr 2026 267 baxış
450 minə yaxın insan hökumətin ictimai televiziya və radionun maliyyələşdirilməsi islahatına etiraz edib

450 minə yaxın insan hökumətin ictimai televiziya və radionun maliyyələşdirilməsi islahatına etiraz edib

Dünya
16 noyabr 2026 267 baxış
Çində ənənəvi əriştə ustalarının yarışı keçirilib

Çində ənənəvi əriştə ustalarının yarışı keçirilib

Dünya
16 noyabr 2026 267 baxış
Trampın və “McDonald's”, “Burger King” kimi şirkətlərin “X”dəki köhnə paylaşımlarında keçidlər dəyişdirilib

Trampın və “McDonald's”, “Burger King” kimi şirkətlərin “X”dəki köhnə paylaşımlarında keçidlər dəyişdirilib

Dünya
16 noyabr 2026 267 baxış
İranın ilk nüvə qurğusu elektrik enerjisi və tibb sektorlarında istifadə üçün nəzərdə tutulur

İranın ilk nüvə qurğusu elektrik enerjisi və tibb sektorlarında istifadə üçün nəzərdə tutulur

Dünya
16 noyabr 2026 267 baxış
Beş ay kosmik radiasiyaya məruz qalan bioloji materiallar araşdırılacaq

Beş ay kosmik radiasiyaya məruz qalan bioloji materiallar araşdırılacaq

Dünya
16 noyabr 2026 267 baxış
2015-ci ildə Putinlə danışıqlar olmasaydı, nə baş verərdi? - Baku TV CANLI

2015-ci ildə Putinlə danışıqlar olmasaydı, nə baş verərdi? - Baku TV CANLI

Dünya
16 noyabr 2026 267 baxış
Rusiyanın strateji bazası yenə vuruldu | Axtubinsk aerodromu niyə qorunmur? - Baku TV

Rusiyanın strateji bazası yenə vuruldu | Axtubinsk aerodromu niyə qorunmur? - Baku TV

Dünya
16 noyabr 2026 267 baxış
Rusiya, Çin və ABŞ liderləri bu tarixdə görüşəcək | Sürücülərə xəbərdarlıq - YENİ BİR SƏHƏR

Rusiya, Çin və ABŞ liderləri bu tarixdə görüşəcək | Sürücülərə xəbərdarlıq - YENİ BİR SƏHƏR

Dünya
16 noyabr 2026 267 baxış
Seçilmişlər
icon