Pleyeri seçin:
Özbəkistanda təhsil keyfiyyətinin yüksəldilməsi üçün yeni addım
Özbəkistanda 12 illik ümumi təhsil sisteminə keçid üçün hazırlıqlara başlanılıb.
Bu barədə ölkənin məktəbəqədər və məktəb təhsili nazirinin müavini Sardor Rəcəbov bildirib.
Onun sözlərinə görə, proses hazırlıq qruplarının tədricən məktəb strukturuna inteqrasiyasını və milli sistemin beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur.
“Vəzifə bu mərhələni məktəb sisteminə daxil etmək və 12 illik təhsilə keçməkdir”, – S.Rəcəbov bildirib.
O qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi və abituriyentlərin xarici universitetlərə daxil olması üçün maneələrin aradan qaldırılması gözlənilir.
Kopyalandı
#Özbəkistan teqi istifadə olunub
