Özbəkistanın Namanqan şəhəri "Ginnesin Rekordlar Kitabı"na düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistanın Namanqan şəhərində start götürən 65-ci beynəlxalq Güllər Festivalı Ginnesin Rekordlar Kitabına düşüb.
Festival üçün 29,4 milyondan çox gül əkilib. Festival təxminən iki ay davam edəcək və təşkilatçıların gözləntilərinə görə, beş milyona yaxın insanı bir araya gətirəcək. Əkin zamanı texnikadan istifadə qadağan edilib.
Ginnesin Rekordlar Kitabının minimum tələbi bir milyon gül olduğu halda, Namanqan vilayətinin administrasiyası bir ay ərzində 29 406 384 gül əkərək rekorda imza atıb.
"Möhtəşəm koordinasiya və ortaq məqsəd sayəsində Namanqan şəhəri güllərin, birliyin və mükəmməlliyin rəmzinə çevrildi", – deyə "Guinness World Records"un rəsmi hakimi Şeyda Subaşı təbrikində bildirib.
Qeyd edək ki, Namanqanda Güllər Festivalı 1961-ci ildən etibarən hər il keçirilir. Festival beynəlxalq statusunu 2018-ci ildə alıb. Bayram mayın 24-dən iyulun 12-dək davam edəcək. Festival çərçivəsində 150-yə yaxın müxtəlif tədbirin – elmi konfransların, forumların, yarmarkaların, konsertlərin, dron şoularının və digər proqramların keçirilməsi planlaşdırılır.
#Özbəkistan teqi istifadə olunub
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- "Bu çıxışlardan çox təsirləndim..." | Özbəkistan beynəlxalq tədbirə ev sahibliyi edir - Baku TV
- Uşaqların təhsili və sağlamlığı gündəmdə | Özbəkistandakı beynəlxalq tədbirin mahiyyəti - Baku TV
- Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV
- İlham Əliyev Özbəkistan Prezidentini qəbul edib - Baku TV
