Pakistan MN terrorla bağlı əmr verdi | Hindistan Şahbaz Şərifin təklifinə...
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni Dehli Pakistanın Baş naziri Şahbaz Şərifin Kəşmirdəki terror aktının araşdırılması üzrə müstəqil komissiyanın yaradılması təklifinə cavab verməlidir.
Bu sözləri Pakistanın müdafiə naziri Xavaca Asif "RIA Novosti"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, xüsusi komissiya və ya istintaq qrupu araşdırma aparmalı və faciəvi hadisələrin törədilməsində günahkar olanları müəyyən etməlidir.
"Qoy Hindistan buna cavab versin. Baş nazirimiz Şahbaz Şərif istintaq qrupunun yaradılmasını və günahkarların tapılmasını təklif edib", – deyə Xavaca Asif qeyd edib.
Bu arada sosial şəbəkələrdə Hindistan və Pakistan arasında tammiqyaslı müharibəyə səbəb ola biləcək terror aktının baş verdiyi anın əks olunduğu kadrlar yayılıb. Video həmin vaxt kanatda əylənən turist tərəfindən təsadüfən çəkilib. Həvəskar çəkilişin kadrlarında insanlar təşviş içində müxtəlif istiqamətlərə qaçırlar.
#Pakistan teqi istifadə olunub
- Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV
- Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının sazişi parlamentə təqdim ediləcək - Baku TV
- Pakistanda etirazlara qarşı sərt tədbirlər | İslamabad ətrafına onminlərlə qüvvə toplandı - Baku TV
- İmran Xan tərəfdarları etiraz aksiyalarına başlayıblar | Pakistanda nə baş verir? - Baku TV CANLI
- Hərbçilər etirazların baş verdiyi ərazilərdə təhlükəsizliyi qorumağa çalışacaq
