Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının sazişi parlamentə təqdim ediləcək - Baku TV
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında Məkkə Birgə Müdafiə Sazişinin bu həftə Türkiyə parlamenti tərəfindən təsdiqlənməsi planlaşdırılır.
Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada sədrlik etdiyi Nazirlər Kabinetinin iclasından sonra məlumat verib.
Ərdoğan bildirib ki, Saziş yaxın günlərdə nəzərdən keçirilməsi üçün parlamentə təqdim ediləcək.
Türkiyə qanunvericiliyinə görə, bütün beynəlxalq aktlar parlamentin təsdiqindən asılıdır və parlament həmçinin hərbi kontingentlərin xaricə göndərilməsi üçün mandat verir.
Qeyd edək ki, Məkkə müqaviləsi avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səud və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb. Sazişdə üç ölkədən hər hansı birinə edilən hücumun müqavilənin bütün tərəflərinə qarşı təcavüz aktı hesab ediləcəyi nəzərdə tutulur.
5 oktyabrda tərəflər birgə müdafiə öhdəliklərinin praktiki icrasına dərhal başlamaq və razılaşdırılmış hərbi qüvvələrin Səudiyyə Ərəbistanında yerləşdirilməsi üçün addımlar atmaq barədə razılığa gəliblər.
#Türkiyə teqi istifadə olunub
- Sosial şəbəkələrlə bağlı hansı məhdudiyyətlər olacaq? - Türkiyədə yeni qayda - Baku TV
- Het çarlığı dövründən bəhs edən lövhələr aşkarlanıb
- Türkiyə və Pakistan ABŞ-nin İran planında hansı rolu oynaya bilər? - Baku TV CANLI
- Vaşinqtondan Afina və Ankaraya xəbərdarlıq
- Ömer Çelik Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələrin olduğunu bildirib - Baku TV
