Pakistanda qatar yoluna qoyulan bomba dəhşətli faciə törətdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanın Bəlucistan əyalətində hərbçiləri daşıyan qatar keçərkən dəmir yolu yaxınlığında bomba partlayıb, azı 24 nəfər ölüb, 50 nəfər yaralanıb.
“Agence France-Presse” agentliyinin xəbərinə görə, hadisə Kvetta şəhərində baş verib. Partlayıcı qurğu qatarın son dayanacağına təxminən 1 kilometr qalmış işə düşüb.
Güclü partlayışdan sonra qatarın iki vaqonunun aşdığı və alovlandığı, ərazidən qalın qara tüstünün yüksəldiyi bildirilib. Hadisə yerinin yaxınlığında park edilmiş avtomobillərə də ziyan dəyib.
Bəlucistan hökumət rəsmisi Babar Yousafzai bildirib ki, hakimiyyət orqanları partlayışın səbəblərini araşdırır, lakin əlavə məlumat verməyib.
Hadisə yerindən yayılan görüntülərdə yaxınlıqdakı binaların dağıldığı, insanların aşmış vaqonların üzərinə çıxaraq içəridə qalanlara kömək etməyə çalışdığı əks olunub.
#Pakistan teqi istifadə olunub
- Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV
- Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının sazişi parlamentə təqdim ediləcək - Baku TV
- Pakistanda etirazlara qarşı sərt tədbirlər | İslamabad ətrafına onminlərlə qüvvə toplandı - Baku TV
- İmran Xan tərəfdarları etiraz aksiyalarına başlayıblar | Pakistanda nə baş verir? - Baku TV CANLI
- Hərbçilər etirazların baş verdiyi ərazilərdə təhlükəsizliyi qorumağa çalışacaq
