Pleyeri seçin:
Parisdə iğtişaşlar səngimir
Fransa polisi Parisdə pensiya islahatlarına etiraz edənlərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Nümayişçilər bankların və mağazaların şüşələrini sındırıblar. Həmçinin onlar məşhur şirkətlərdən birinin Paris ofisinə daxil olaraq müəssisəyə od vurublar. Məlumata görə, polis tərəfindən azı 15 nəfər saxlanılıb.
Qeyd edək ki, aprelin 13-də Fransada 12-ci ümummilli tətil və nümayişlər günü baş tutub. Paytaxtla yanaşı, ölkənin iri şəhərlərində də kütləvi nümayişlər keçirilib. Etirazçılar Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını və bir sıra xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutan hökumətin pensiya islahatlarından narazılıqlarını bildirir və onların ləğvini tələb edirlər.
Kopyalandı
#Fransa teqi istifadə olunub
- Fransa və Böyük Britaniya Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini təsdiqlədi - Baku TV CANLI
- Meşə yanğınları vəhşi təbiətə böyük ziyan vurdu
- Fransa İspaniya ilə sərhədini gücləndirir
- Fransada ümumilikdə 116 min hektar ərazi yanıb
- Martin Rayan işində gərginlik | Fransanın bəyanatı Bakıda sərt etirazla qarşılandı - Baku TV
