Pleyeri seçin:

Parisdə polis zorakılığı can aldı

28 iyun 2023 372 baxış

Görüntülər Hollivud filmlərini xatırlatsa da, əslində Fransanın paytaxtı Parisdə qeydə alınıb.

Polislə toqquşma yaşayan vətəndaşların qəzəbi elə güc strukturlarınadır. İyunun 27-də Nanterredə polisin tələblərini yerinə yetirməkdən imtina edən 17 yaşlı oğlan polis tərəfindən güllələndikdən sonra sosial şəbəkələrdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına etiraz çağırışları səslənməyə başlayıb.

Siyasi şərhçi Turab Rzayev mövzuya münasibət bildirərkən deyib ki, Fransada miqrantlara qarşı ayrı-seçkilik ilk dəfə deyil: “Fransada miqrantlara qarşı ayrı-seçkilik yeni bir hal deyil. Bu, onilliklər boyu davam edir. Bütün bunlar fransız cəmiyyətində şovinizmin nə qədər yüksək dərəcədə olduğunu göstərir. Hər il Fransada bir neçə dəfə kütləvi şəkildə maşınların yandırılması, zibil yeşiklərinin dağıdılması ilə baş verən iğtişaşlar olur. Çünki artıq miqrantlara qarşı ayrı-seçkilik istər-istəməz qarşı tərəfdə aqressiyaya səbəb olur”.

Məlumata görə, artıq nümayiş iştirakçılarından 24 nəfər həbs edilib. Emmanuel Makron hakimiyyəti gəncin ailəsindən üzrxahlıq etsə də, bu, etirazçıları sakitləşdirmək üçün kifayət etmir. İğtişaşlar digər şəhərətrafı ərazilərə də yayılıb.

“Fransanın bu prosesə qarşı daha aktiv davranması lazımdır. Fransa açıq şəkildə bu şəxsləri cəmiyyətə inteqrasiya etməyin yolunu tapmalı və bunun üçün də həmin şəxslərə bərabər imkanlar təşkil edilməlidir. Onların olduğu bölgələrdə bələdiyyələr xidmət göstərməli, Fransanın bütün vətəndaşları kimi onlar da dövlətin təqdim etdiyi imkanlardan istifadə etməlidirlər. Həmin şəxslərə təhsil və dövlət vəzifələri əlçatan olmalıdır”, – deyə T.Rzayev əlavə edib.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 372 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 372 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 372 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 372 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 372 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 372 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 372 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 372 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 372 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 372 baxış
Seçilmişlər
icon